BolgeXeber.Com » Xəbərlər » Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib... - Daha kimlər yola salınır?

Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib... - Daha kimlər yola salınır?

27-09-2016, 11:06
Oxunub: 2 120 Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib... - Daha kimlər yola salınır?"Konkret olaraq ilkin mərhələdə Ağsu və Samux rayon icra hakimiyyəti başçıları postlarından alınacaq. Onlarla bərabər isə daha 9 rayonun rəhbəri işindən kənarlaşdırılacaq"

Referendumdan sonra bir sıra rayon icra hakimiyyəti başçılarının tutduqları vəzifələrindən azad olunacaqları haqda informasiyalar hələ xeyli əvvəlindən KİV-lərdə dolaşmaqda idi. Bu barədə artıq DİA.AZ-a ilk xəbər daxil olub.

Bilgili qaynaqlardan redaksiyamıza ötürülən məlumatda deyilir ki, 2 rayonun icra başçısına "hazırlaşın" xəbərdarlığı deilib.

Mənbənin dia.az-a söylədikləri: "Konkret olaraq ilkin mərhələdə Ağsu və Samux rayon icra hakimiyyəti başçıları postlarından alınacaq. Onlarla bərabər isə daha 9 rayonun rəhbəri işindən kənarlaşdırılacaq".

Mənbə onu da bildirib ki, proses tədricən xarakter daşıyacaq və icra başçıları ilə bağlı islahatlar ilin sonuna kimi davam edəcək.
Bolgexeber.com