BolgeXeber.Com » Sosial » Azərbaycanda insanlar falçılara niyə inanır? VİDEO

Azərbaycanda insanlar falçılara niyə inanır? VİDEO

27-09-2016, 12:47
Oxunub: 3 144 Azərbaycanda insanlar falçılara niyə inanır? VİDEOTez - tez falçıların dələduzluq ittihamı ilə polis tərəfindən saxlanıldığı xəbərlərini eşidirik

Görəsən bu xəbərlərə rəğmən insanlar hələ də fala və falçılara niyə inanırlar? Ümumiyyətlə bu fəaliyyət növünün hansısa şəkildə tənzimlənməsi və ya ümumiyyətlə qadağan olunması mümkündürmü? Məsələni əməkdaşlarımız araşdırıb.

İnsanların çoxu fala və falçılara inanmadığını deyir. Amma gələn xəbərlər hələ də də falçılara inanların olduğunu göstərir.

Amma bu adam falçılıq adı ilə neçə insanı aldadaraq külli miqrdarda pulunu mənimsəyib və həbs olunub. Falçıların fırıldaqları haqda bu qədər eşitdiyimiz halda niyə insanların bəzisi hələ də falaçılara inanırlar?

Ümumiyyətlə görəsən bu fəaliyyət növünün hansısa şəkildə tənzimlənməsi, çərçivəyə salınması və ya ümumiyyətlə qadağan olunması mümkündürmü? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirirlər ki, bu işə artıq başlanılıb. Komitənin 15 regional şöbəsi polis orqanları ilə əməkdaşlıq edərək falçılara qarşı mübarizə aparır.

Komitə əməkdaşları həmçinin falçılara münasibətin dəyişməsi üçün insanlar arasında dini maarifləndirmə işləri də aparır.