BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda Ümumdünya Turizm günü münasibəti ilə “Açıq Qapı” günü keçirildi

Hacıqabulda Ümumdünya Turizm günü münasibəti ilə “Açıq Qapı” günü keçirildi

27-09-2016, 18:47
Oxunub: 2 562 Hacıqabulda Ümumdünya Turizm günü münasibəti ilə “Açıq Qapı” günü keçirildi27 sentyabr Ümumdünya Turizm günüdür

1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib.Ölkədə turizmin inkişafına dair birinci Dövlət Proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sektorun dirçəlməsinə şərait yaratdı. Bu Proqram həmçinin Beynəlxalq turizm bazarına inteqrasiyanın təməlini də qoydu, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldi.
27.09.2016-cı il tarixində Ümumdünya Turizm günü münasibəti ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Açıq Qapı” günü keçirildi. Mərkəzə gələn qonaqlar və məktəblilərə Heydər Əliyev Mərkəzində Ümumdünya Turizm gününə həsr olunmuş gənc rəssamların rəsm, əl işləri sərgiləri, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqqında Mərkəzin bələdçisi məlumat verdi.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva və Tarix Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev Ümumdünya Turizm günü ilə bağlı geniş məruzə ilə çıxış etdilər. Tədbir iştirakçıları sonda Mərkəzin kino zalında Azərbaycan turizmindən bəhs edən sənədli filmə tamaşa etdilər.


Aytən Zülfəliyeva,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru
Bolgexeber.com
Hacıqabulda Ümumdünya Turizm günü münasibəti ilə “Açıq Qapı” günü keçirildi
Hacıqabulda Ümumdünya Turizm günü münasibəti ilə “Açıq Qapı” günü keçirildi
Hacıqabulda Ümumdünya Turizm günü münasibəti ilə “Açıq Qapı” günü keçirildi