BolgeXeber.Com » İdman » İŞİD-ə qoşulan adlı-sanlı Azərbaycan güləşçisini Amerika pilotsuz təyyarəsi vurdu

İŞİD-ə qoşulan adlı-sanlı Azərbaycan güləşçisini Amerika pilotsuz təyyarəsi vurdu

29-09-2016, 14:56
Oxunub: 3 291 İŞİD-ə qoşulan adlı-sanlı Azərbaycan güləşçisini Amerika pilotsuz təyyarəsi vurduAzərbaycanın sərbəst güləş üzrə milli yığma komandasının üzvü, adlı-sanlı güləşçi, dağıstanlı Çamsulvara Çamsulvarayev İŞİD terror təşkilatının sıralarında İraqda döyüşərkən məhv edilib

Virtualaz.org xəbər verir ki, bu haqda terrorçuları dəstəkləyən internet resurslarında məlumat yayılıb. Məlumata əsasən Çamsulvarayevin də içərisində olduğu, beş İŞİD üzvünün getdiyi avtomobilə ABŞ pilotsuz təyyarəsi raket zərbəsi endirib. Maşındakıları hamısı ölüb.

“Əl-Bara” ləqəbli Çamsulvarayevlə birlikdə maşında dağıstanlı tanınmış imam Muhammed Əhmədov (Əbu Zeyd ), Əbu Cabir Mədinəli (Qaraçay-Çərkəz muxtar respublikasından), Abdullah Cay, Əbdülhamid Şişani və Ermənistandan olan “Kəşfiyyat” ləqəbli Yusuf olublar. Hadisə barədə sentyabrın 22-də Muhammed Əhmədovun qohumlarına xəbər çatdırılıb. Çamsulvarayevin və digərlərinin öldürüldüyünü Britaniyanın İHS analitik mərkəzi də təsdiqləyir.

Çamsulvara Çamsulvarayev 2000-ci illərin ortalarında Azərbaycanın sərbəst güləş üzrə milli yığma komandasına cəlb edilib. Özünün dediyi kimi sərbəst güləş üzrə Rusiya yığmasının tərkibinə düşmək ciddi rəqabətə görə çətin olduğundan Azərbaycanda güləşməyə üstünlük verib. Çamsulvarayev 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanın güləş üzrə komandasının tərkibində çıxış edib, lakin məğlub olub və mükafat qazana bilməyib.

Buna baxmayaraq Çamsulvarayev Azərbaycan yığmasının tərkibində sərbəst güləş üzrə 2009-cu ildə Avropa çempionu olub. Həmin il dünya çempionatının gümüş medalını qazanıb. 2007-ci ildə isə dünya çempionatının bürünc medalını qazanmışdı. Çamsulvarayev habelə 2007, 2008 və 2010-cu illər Avropa çempionatlarında bürünc medallar qazanıb, 74 kiloqram çəki dərəcəsəsində çıxış edib.

Çamsulvarayevin İŞİD-ə nə vaxt qoşulduğu məlum deyil. Bununla belə Şimali Qafqazda güc strukturlarına yaxın mənbələr onun İŞİD-in tərkibində intiharçı-terrorçuların “verbovkası” ilə məşğul olduğunu bildiriblər.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev isə bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar. Onun sözlərinə görə, kariyerasını bitirdikdən sonra güləşçinin federasiya ilə əlaqələri kəsilib və ölkəsinə - Dağıstana qayıdıb. “Onun İraqda olduğunu, İŞİD-ə qoşulduğunu bilmirdik"-federasiya rəsmisi lent.az-a bildirib.