BolgeXeber.Com » Gündəm » Güclü yağış Sabunçu vağzalında böyük fəsadlar törətdi… VİDEO

Güclü yağış Sabunçu vağzalında böyük fəsadlar törətdi… VİDEO

29-09-2016, 18:03
Oxunub: 2 704 Güclü yağış Sabunçu vağzalında böyük fəsadlar törətdi… VİDEODünən axşam saatlarında başlayan güclü yağış gecə saatlarında səngidi

Ancaq bir neçə saat aramsız yağış yağması kifayət edir ki, şəhərin kənar qəsəbələri bərbad vəziyyətə düşsün. Kanalizasiya sistemlərinin pis işləməsi, əlaqədar qurumların etinasız yanaşması həmin ərazilərdə gediş-gəlişi çətinləşdirir və nəqliyyatın hərəkətində məhdudiyyət yaradır.
Bu gün çəkiliş qrupumuz Sabunçu vağzalı adlanan əraziyə baş çəkdilər və sakinlərin necə çətin vəziyyətə düşdüklərinin şahidi oldular. Yağışlı günlərin səhərində sakinlər xüsusi çəkmələrini geyinirlər. Çünki başqa çarələri yoxdur. Sakinlər bu hadisə ilə bağlı heç bir dövlət orqanının maraqlanmadığından şikayət edirlər.

BTV bildirir ki, Sabunçu vağzalı yaxınlığındakı yaşayış evləri isə tamamilə su altında qalıb.Quruculuq işləri üçün ayrılan pulların doğru ünvana çatmaması, görünür, gələcəkdə də belə fəsadların olacağından xəbər verir.
Sabunçu sakinləri deyirlər ki, payız ayları gələndə hər gün dua edirik ki, bircə yağış yağmasın.

Bolgexeber.com