BolgeXeber.Com » İdman » "Qarabağ" İtaliyadan darmadağın dönür -- VİDEO

"Qarabağ" İtaliyadan darmadağın dönür -- VİDEO

30-09-2016, 09:41
Oxunub: 3 865 "Qarabağ" İtaliyadan darmadağın dönür -- VİDEOAvropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçrilir

Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Qarabağ" səfərdə meydana çıxıb.Ölkə çempionun rəqibi İtaliyanın "Fiorentina" klubu olub. 30-cu dəqiqədə "Qarabağ"dan Elvin Yunuszadə meydandan qovulub. Bundan sonra "Fiorentina"nın qol şousu başlayıb. 6 qolun vurulduğu oyunda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Xouma Babakar və Mauro Zarate dubl edib, Nikola Kaliniç bir dəfə fərqlənib. "Qarabağ"ın təsəlli qoluna 84-cü dəqiqədə meydana çıxan Dino Ndlovu imza atıb.

Qeyd edək ki, "Fiorentina" 1926-cı ildə yaradılıb. İtaliyanın ən köklü klublarından olan Florensiya təmsilçisi 2 dəfə İtaliya çempionatının, 6 dəfə ölkə kubokunun, 1 dəfə Super Kubokunun qalibi olub. 1957-ci ildə Avropa Çempionlar Kubokunda (indiki Çempionlar Liqası), 1990-cı ildə UEFA Kubokunda (Avropa Liqası) final oynayan komanda 1961-ci ildə Kuboklar Kubokunun qalibi olub. "Qarabağ"ın rəqibinin heyətində İtaliya, Argentina, Kolumbiya, Xorvatiya, Rumıniya, İspaniya, Meksika, Sloveniya və Serbiya millilərinin üzvləri çıxış edir. Komandanın baş məşqçisi portuqaliyalılı Paulo Souzadı.

Bu vaxta qədər təmsilçilərimiz 2 dəfə İtaliya klublarından xal alıblar. “Neftçi” və “Qarabağ” hərəyə 1 dəfə “İnter”lə heç-heçə ediblər. Ağdam təmsilçisi Florensiyada sürprizə imza atıb qələbə qazansa, bu, İtaliya təmsilçiləri üzərində ilk qələbəmiz kimi tarixə düşəcək.

Avropa Liqası
Qrup mərhələsi
II tur

1 Fiorentina 2 1 1 0 5:1 4
2 Slovan 1 0 1 0 2:2 1
3 PAOK 1 0 1 0 0:0 1
4 Qarabağ 2 0 1 1 3:7 1

Фиорентина - Карабах 5:1. Обзор матча. Лига Европы 2016/2017. 2 тур. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.