BolgeXeber.Com » Dünya » Dünya liderləri Şimon Peresin dəfn mərasimində – FOTO

Dünya liderləri Şimon Peresin dəfn mərasimində – FOTO

30-09-2016, 13:37
Oxunub: 3 279 Dünya liderləri Şimon Peresin dəfn mərasimində – FOTOBu gün, sentyabrın 30-da onlarla dünya lideri ölkənin sabiq prezidenti Şimon Peresin xatirəsini yad etmək və onun dəfn mərasimində iştirak etmək üçün İsrailə gəlib

Bolgexeber.com bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, onların arasında ABŞ dövlət katibi Con Kerri, prezident Barak Obama, Fransa lideri Fransua Olland, Ukrayna prezidenti Petr Poroşenko, Meksikanın dövlət başçısı Enrique Pena Nieto, Misirin xarici işlər naziri Samah Şükrü və şahzadə Çarlz da var.

Şimon Peres Qüdsdə milli məzarlıqda dəfn ediləcək.

Fələstin lideri Mahmud Abbas da dəfn mərasimində iştirak edəcək. Bu, onun 2010-cu ildən sonra İsrailə ilk səfəri olacaq.

Məlumata görə, vida mərasimində ABŞ prezidenti Barak Obama, eləcə də Şimon Peresin üç övladı, İsrailin hazırkı baş naziri və prezidenti çıxış edəcəklər.

Qeyd etmək lazımdır ki, Qüdsdə təhlükəsizlik tədbirləri gücləndirilib. Belə ki, asayişə 8 min polis əməkdaşı nəzarət edəcək.

Xatırladaq ki, Azərbaycanı tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev təmsil edir.