BolgeXeber.Com » Gündəm » Laçınlı YAP üzvü prezidentdən kömək istəyir - "İxtisar bəhanəsi ilə..."

Laçınlı YAP üzvü prezidentdən kömək istəyir - "İxtisar bəhanəsi ilə..."

30-09-2016, 13:51
Oxunub: 2 867 Laçınlı YAP üzvü prezidentdən kömək istəyir - "İxtisar bəhanəsi ilə...""Mən Ali Təsilli ola ola məni işdən azad edib, vəzifəmə ali təsili olmayan birini təyin ediblər, bu mənə və dövlətimizin Ali Təsilli insanlarının karyerasına böyük bir zərbədir, haqsızlıqdır"

Azərbaycan prezidentinə ünvanlanan şikayət məktubunun bir surəti də Bolgexeber.com-un poçtuna göndərilib.Şikayətçi Əhmədov Kənan Əli oğlu uğradığı haqsızlıqdan prezidentə şikayət edir və ondan kömək umur.Şikayətçi yazır:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.

SÜRƏTİ :

AZƏRBAYCAN RESPUBLİKASI BAŞ NAZİRİ.
CƏNAB ARTUR RASİ-ZADƏYƏ.

LAÇIN RAYON İCRA HAKİMİYYƏTİNƏ.

Laçın rayon Qarqışlaq kəndində qeydiyyatda olan müvəqqəti Agcəbədi rayon, Taxta körpü qəsəbəsidə yaşayan Əhmədov Kənan Əli oğlu tərəfindən

Ə r i z ə

Hörmətli, cənab Prezident !

Qeyd etmək istəyirəm ki, mən Əhmədov Kənan Əli oğlu 1983-cü ildə anadan olmuşam, Azərbaycanlıyam. Ali təsilliyəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ailəliyəm bir övladım var.
2005-2006-cı illərdə Silahı Qüvvələrdə həqiqi hərbu xidmətdə olmuşam.
2007-ci il tarixdən Laçın rayon 55 saylı Yol İstismar MMC-də yol ustası və 2008-ci il tarixdən isə iş icraçısı işləmişəm. 10 ilə yaxın bu vəzifədə olmuşam.
Nəzərinizə çatdırmaq istəyirəm ki, ixtisar bəhanəsi ilə 08 iyul 2016-cı ildə məni işdən qanunsuz olaraq azad ediblər. Dəfələrlə bir çox tarixlərdə yazılı və şifahi olaraq rayon rəhbərliyinə müraciət etsəm də, qəbullarında olsam da müraciətimin heç bir nəticəsi olmamışdır. Mən Ali Təsilli ola ola məni işdən azad edib, vəzifəmə ali təsili olmayan birini təyin ediblər, bu mənə və dövlətimizin Ali Təsilli insanlarının karyerasına böyük bir zərbədir, haqsızlıqdır. Mənə və ailəmə birinci mənəvi zərbə Erməni daşnaqları tərəfindən vurulub, hal-hazırda məcburu köçkünəm, vətən həsrəti çəkirəm, mənə öz Laçın rayonun rəhbərliyi tərəfindən ikinci zərbə hesab edirəm ki, lazım deyil.

Hörmətli, cənab Prezident !

Sizdən xahiş edirəm ki, mənim Laçın rayon 55 saylı Yol İstismar MMC-də iş icraçısı vəzifəsinə bərpa olunmağıma və ya ixtisasıma uygun digər bir işlə təmin olunmağıma göstəriş verəsiniz.

29.09.2016-cı il. İmza : Əhmədov Kənan Əli oğlu.
Bolgexeber.com olaraq qarşı təfən fikirlərini dinləməyə hazırıq!