BolgeXeber.Com » İdman » Azərbaycanla Ermənistan eyni sırada...

Azərbaycanla Ermənistan eyni sırada...

8-08-2012, 11:20
Oxunub: 5 432 2012-ci il London Yay Olimpiya Oyunlarının 11-ci yarış günündə daha 21 dəst medal sahibini tapıb.

Bolgexeber.com-un məlumatına görə, ötən gün medal qazanan ölkələrin sayı 70-dən 73-ə yüksəlib. Çin aktivindəki medalların sayını daha da artırıb və ən yaxın izləyicisi ABŞ-ı geridə qoyub. Üçüncü yeri tutan təşkilatçı Böyük Britaniyaya qızıl medal sayında nə Cənubi Koreya, nə də Rusiyanın çatması real görünmür.

Azərbaycana gəldikdə, ötən gün 4 təmsilçimiz mübarizəyə qoşulub. Atletimiz Layeş Abdullayeva 5000 metr məsafəyə qaçışda 15 dəqiqə 45,69 saniyə nəticə ilə 36 iştirakçı arasında 32-ci yeri tutub.

Yunan-Roma güləşində son medal ümidimiz Şalva Qadabadze (96 kq) keçirdiyi hər iki görüşü məğlubiyyətlə başa vuraraq, mükafatsız qalıb.

Əvəzində Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duetimiz 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə seçmə mərhələni lider kimi tamamlayıb. Nəticədə cütlüyümüz birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici yürüş avqustun 9-da olacaq.

Hazırda ölkəmiz Ermənistan, Belçika və Hindistanla birgə 45 – 48-ci yerləri bölüşdürür.