BolgeXeber.Com » Gündəm » Qaradağın icra başçısı prezidentin göstərişlərinə niyə əməl etmir?

Qaradağın icra başçısı prezidentin göstərişlərinə niyə əməl etmir?

3-10-2016, 13:27
Oxunub: 4 736 Qaradağın icra başçısı prezidentin göstərişlərinə niyə əməl etmir?Şikayətçilər daha sonra qeyd edirlər ki, S.Mikayılov rayona gəlir mənbəyi kimi baxır

Dəfələrlə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında məmurlara ciddi xəbərdarlıq edib. Lakin bunlara baxmayaraq məmurlar, xüsusilə də özlərini "əyalət padşahları" hesab edən rayon icra başçıları əhaliyə və sahibkarlara qarşı özbaşınalıqlarını davam etdirirlər.

Bəs onda görəsən Prezident İlham Əliyevin "sahibkarları soyurlar, boğurlar, insanları incidirlər",- deyə sərt çıxışı kimə ünvanlanmış olub. Əslində hər dəfə dövlət başçısının məmurlara qarşı bu cür sərt təpkisi bütövlükdə cəmiyyət tərəfindən dəstək qazanıb. Amma nə faydası. Bir çox icra başçıları Prezident İlham Əliyevin göstərişlərinə əməl etməyərək, hətta davamlı şəkildə özbaşınalıqlarını davam etdirməklə dövlət başçısının söylədiklərinə kölgə salır. Elə çıxır ki, Prezident İlham Əliyev imitasiya ilə məşğuldur. Belə bir icra başçılarından biri də Qaradağın "Padşahı", "Çakır" ləqəbli Süleyman Mikayılovdur.

"Azerinews.tv"yə Qaradağ rayonunun bir qrup sakininin göndərdiyi materialda icra başçısı Süleyman Mikayılovun fəaliyyətindən narazılıq edilir. Şikayətçilər rayonda baş verən haqsızlıq, acınacaqlı vəziyyətdə birbaşa onun günahkar olduğunu bildirirlər. Qaradağdan gələn müraciətdə dövlət başçısı İ.Əliyevə üz tutan sakinlər icra başçısının rayona rəhbərlik etdiyi bu illər ərzində rayonun sosai cəhətdən iflic olduğunu deyirlər. Şikayətçilərin mürəciətindən belə məlum olur ki, Qaradağın qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətə düşüb. Süleyman Mikayılov isə yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Obyektləri sökülməyən sahibkalar isə icra başçısına aylıq haqq ödəmələrə məcbur edilib. Deyilənə görə, Qaradağın təkcə Lökbatan qəsəbəsində icra başçısına 5 möhtəşəm obyekt məxsusudur. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib.

Şikayətçilər daha sonra qeyd edirlər ki, S.Mikayılov rayona gəlir mənbəyi kimi baxır. İdarəetməni isə korrupsiya və saxtakarlıqda görür. Onun özünə vurğunluğu o həddə çatıb ki, rayona öz mülkünə çevirib. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Bu ədalətsizlik və talançılıq isə insanları iqtisadi cəhətdən çökdürüb və şəxsiyyətlərinin təhqir olunması əhalini dözülməz vəziyyətə gətirib. Kriminal yolla rayon sakinlərinin talanması və onların şikayətlərinin nəticəsiz qalması insanları hakimiyyətdən narazı salır. İcra başçısının özbaşınalıqlarından Prezident Administrasiyasına edilən çoxsaylı şikayətlərə baxılmaması isə sakinlərdə təəccüb yaradıb.

Mövzunu dava etdirəcəyik. Bizi iziləyin...
Bolgexeber.com olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!