BolgeXeber.Com » İdman » Dünya çempionu Ramal Aslanovun BTV-yə müsahibəsi-VİDEO

Dünya çempionu Ramal Aslanovun BTV-yə müsahibəsi-VİDEO

3-10-2016, 17:16
Oxunub: 10 647 Dünya çempionu Ramal Aslanovun BTV-yə müsahibəsi-VİDEOUzun illərdir Kinqboksinq idmanı sahəsində Azərbaycanın bayrağını zirvələrə qaldıran Rəmal Aslanov bu günlərdə yeni qalibiyyətlə vətənə qayıdıb

Sentyabr ayının 24-də Çinin Pekin şəhərində keçirilən mötəbər yarışda iştirak edən idmançımız Hollandiya, Tayland, Özbəkistan, Ukrayna, Rusiya, Gürcüstan və bu kimi tanınmış ölkələrdən olan seçmə kinqbokçularla eyni rinqi paylaşıb.
Ramal Aslanov Azərbaycanı layiqincə təmsil edərək 1-ci yerə layiq görülüb.Qeyd edək ki idmançı yarış haqqında BTV-yə müsahibə verib.
Ramalın şəxsi məşqçisi Hakim Hacıyev də yetirməsi haqqındakı fikirlərini bölüşüb. Bir neçə gündür ki ölkəyə qayıdan kinqboksçumuz istirahət nədi bilmədən tam sürətlə məşqlərə davam edir.
Qeyd edək ki, noyabr ayında keçiriləcək yarımfinal döyüşünə hazırlaşan Ramal Aslanov bu il keçirdiyi bütün döyüşləri qalibiyyətlə başa vurub.