BolgeXeber.Com » Analitika » "Azecell"in fırıldaqları" birinci oldu

"Azecell"in fırıldaqları" birinci oldu

3-10-2016, 17:39
Oxunub: 4 910 "Azecell"in fırıldaqları" birinci olduAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb

Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi ölkədə mobil operatorlarla bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

Qaynarinfo.Az xəbər verir ki, 2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 826 xəbər yerləşdirilib. Bunlardan 27-si mənfi, 799-u isə neytral xəbərlərdir.

Mənfi xəbərlər: AzerCELL (21 xəbər - "Azercell"in müdhiş fırıldağının üstü açıldı - faktlar), Nar Mobile (4 xəbər - Nar Mobile kontur oğurlayır - foto), BakCELL (2 xəbər - Bakcell-in oğurluğu davam edir -nazirə şikayət).

Xəbər sayına görə sıralama:

BakCELL - 409 xəbər
AzerCELL - 382 xəbər
Nar Mobile - 31 xəbər
NaxTel - 4 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 137 neytral xəbər dərc edilib.

Xəbər sayına görə sıralama:

BakCELL - 75 xəbər
AzerCELL - 56 xəbər
Nar Mobile - 5 xəbər
NaxTel - 1 xəbər