BolgeXeber.Com » Gündəm » Millәt vәkillәrindәn bәzi internet KİV-nә xәbәrdarlıq-VIDEO

Millәt vәkillәrindәn bәzi internet KİV-nә xәbәrdarlıq-VIDEO

6-10-2016, 17:31
Oxunub: 2 962 Millәt vәkillәrindәn bәzi internet KİV-nә xәbәrdarlıq-VIDEOHər bir xalqın milli-mənəvi dəyərləri uzun illər həmin xalqın milli özgürlük duyğularının və özünüdərkinin formalaşmasına təkan verir

Azərbaycan xalqı keşməkeşli və çətin yollardan keçməsinə baxmayaraq, öz azadlığı uğrunda uzun müddət yorulmadan mübarizə apardı və sonunda ona qovuşdu.
Əslində milli azadlıq, milli ruh uğrunda mübarizə elə milli-mənəvi dəyərlər uğrunda aparılan mübarizədir.
Bu gün Millət Vəkili Məlahət İbrahimqızı və ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən bir qrup tanınmış insan tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.
Son günlər əksər sosial şəbəkələrdə öz tərəfdarlarını artıran bir neçə internet qəzeti və onlayn televizayalar millət vəkillərinin narahatçılığına səbəb olub.
Azərbaycanı sevməyən xarici qüvvələr tərəfindən maliyyələşdiyi güman edilən bu informasiya vasitələri öz səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə Milli Məclisdə müzakirə obyekti olublar.
Ötən həftələrdə facabook sosial şəbəkəsində xeyli izlənən videoda millət vəkili Məlahət Həsənova bu məsələyə öz mövqeyini bildirmişdi.
Onun sözlərinə görə, həmin KİV-lər dilimizi kobud şəkildə təhqir və təhrif edərək bəsit yazılarla, verilişlərlə xalqa mənəviyyatsızlıq aşılayırlar.Sözügedən mətbu qurumların baş verən hadisələrə ironik yanaşması, bəzi mötəbər şəxsləri gülüş obyektinə çevirmələri qıcıq yaradıb.
Sonda konfrans təşkilatçıları Azərbaycanın görkəmli ictimai, siyasi, incəsənət və elm xadimlərini bu kompaniyaya qoşulmağa çağırıb.
Bolgexeber.com