BolgeXeber.Com » Siyasət » Tramp: 'Mən Putini sevmirəm, amma ona nifrət də etmirəm'

Tramp: 'Mən Putini sevmirəm, amma ona nifrət də etmirəm'

6-10-2016, 18:41
Oxunub: 2 764  Tramp: 'Mən Putini sevmirəm, amma ona nifrət də etmirəm'ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp seçiləcəyi təqdirdə Rusiya lideri Vladimir Putinlə münasibətlərinin necə formalaşacağını bilmədiyini bəyan edib

Bu barədə o, Nevada ştatında çıxışı zamanı deyib.

"Burada deyirlər ki, mən Putini sevirəm. Mən Putini sevmirəm, lakin ona nifrət də etmirəm. Gəlin nəyin baş verəcəyini gözləyək", - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, Putinlə münasibətlərin necə formalaşacağını təxmin etmək çətindir: "Ola bilsin ki, bizim Putinlə çox yaxşı münasibətlərimiz oldu. Ola bilsin də çox bərbad. Bəlkə də münasibətlər orta səviyyədə oldu".

"Əgər biz Rusiya ilə razılaşsaq və İŞİD-ə birgə qalib gəlsək, onda mən hadisələrin bu cür inkişafına qarşı deyiləm", - deyə siyasətçi bildirib.

Virtualaz.org xatırladır ki, Donald Tramp əvvəllər Rusiya prezidentinə simpatiyasını dəfələrlə bəyan edib. O bir dəfə Putini ABŞ prezidenti Barak Obamadan "daha böyük" lider adlandırmış və hətta söz vermişdi ki, seçkilərdə qələbə qazansa Krımın Rusiyaya birləşməsinin tanınması imkanına "baxacaq". Yeri gəlmişkən, onun bu bəyanatı o vaxt həm Moskvada, həm də Vaşinqtonda böyük reaksiya doğurmuşdu.