BolgeXeber.Com » Dünya » Haitidə 340-a yaxın adam “Metyu” qasırğasının qurbanı olub

Haitidə 340-a yaxın adam “Metyu” qasırğasının qurbanı olub

7-10-2016, 10:33
Oxunub: 2 627 Haitidə 340-a yaxın adam “Metyu” qasırğasının qurbanı olubHaitidə 339 nəfər “Metyu” qasırğasının qurbanı olub

Bu barədə “Reuters” agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.

“Metyu” qasırğası 2007-ci ildən bu günə qədər Atlantikada ən güclü qasırğa olub. Floridaya “Metyu” qasırğası cümə axşamı çatacaq, daha sonra isə Corciya, Şimali və Cənubi Karolinaya doğru irəliləyəcək. Florida və Cənubi Karolina ştatında ABŞ prezidenti artıq fövqəladə vəziyyət rejimi elan edib.

06.10.2016

Haitidə 23 nəfər “Metyu” qasırğasının qurbanı olub, 3 nəfər isə itkin düşüb.

Bu barədə Report BBC-yə istinadən məlumat verir.

Məlumata əsasən, hakimiyyət fəlakət bölgələri ilə əlaqə saxlaya bilmədiyindən qurbanların sayının artacağı ehtimal edilir.

Bu ada dövlətin prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Joselerm Priver bildirib ki, ölkənin cənubundakı iri şəhərlərdə vəziyyət fəlakət həddindədir.

Hakimiyyət fəlakət bölgəsindən 21 nəfəri təxliyə edib.

İlkin məlumata görə, 3 mindən artıq ev dağılıb.

“Metyu” son 10 ilin ən güclü qasırğası sayılır. Bu qasırğa oktyabrın 4-dən başlayıb.