BolgeXeber.Com » Siyasət » Novruz Məmmədov: “Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Azərbaycanı təəccübləndirir və məyus edir”

Novruz Məmmədov: “Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Azərbaycanı təəccübləndirir və məyus edir”

7-10-2016, 10:55
Oxunub: 3 089 Novruz Məmmədov: “Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Azərbaycanı təəccübləndirir və məyus edir”“ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat Azərbaycanı həddindən çox təəccübləndirir və məyus edir”

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Biz düşünürük ki, bu gün dünyada bütün proseslərdə iştirak edən, bütün proseslərə özünün töhfəsini verməyə sanki çalışan super dövlətin vəzifədən getmə ərəfəsində (bilirsiniz ki, bir müddətdən sonra seçkilər olacaq) olan bir rəsmisinin belə bəyanat verməsi çox məyusedici və təəcübləndiricidir", - deyə N.Məmmədov vurğulayıb.

Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, C.Kerrinin bəyanatını diqqətlə oxuyanda məlum olur ki, orada Ermənistan və Azərbaycan liderləri sözü yoxdur: "Orada deyilir ki, liderlər buna hazır deyil. Bunun çox böyük əhəmiyyəti və mənası var. Bunu həmişə nəzərə almaq lazımdır".