BolgeXeber.Com » İdman » Türkiyədən əzmkar heç-heçə-VİDEO

Türkiyədən əzmkar heç-heçə-VİDEO

7-10-2016, 11:00
Oxunub: 2 976 Türkiyədən əzmkar heç-heçə-VİDEOBu gün DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasında növbəti görüşlər keçirilib

Oxu.Az xəbər verir ki, “I” qrupunda yer alan Türkiyə millisi doğma meydanda Ukrayna komandasını qəbul edib.

Matçın 24-cü dəqiqəsində Yarmolenko 11 metrlik zərbəni dəqiq yerinə yetirərək ukraynalıları hesabda irəli çıxarıb. Dörd dəqiqə sonra Kravets ikinci topu Türkiyə yığmasının qapısından keçirib. Lakin Andrey Şevçenkonun komandası bu üstünlüyünü qoruya bilməyib.

Hakimin ilk hissəyə əlavə etdiyi dəqiqələrdə Ozan Tufan hesab arasındakı fərqi minimuma endirib. Qarşılaşmanın 81-ci dəqiqəsində isə Hakan Çalhanoğlu penaltidən fərqlənərək oyunda tarazlığı bərpa edib.

Bu qrupun digər oyunlarında Xorvatiya millisi səfərdə Kosovonun qapısından altı cavabsız top keçirib, İslandiya yığması isə doğma meydanda Finlandiya üzərində əzmkar qələbə qazanıb. Hesabda 1:2 geri olan islandlar hakimin əlavə etdiyi dəqiqələrdə iki qol vuraraq qələbəyə seviniblər.

D qrupu

İrlandiya – Gürcüstan - 1:0
Qol: Koleman, 56

Moldova – Serbiya - 0:3
Qollar: Kostiç, 19, İvanoviç, 37, Tadiç, 30

Avstriya – Uels - 2:2
Qollar: Arnautoviç, 28, 48 - Allen, 23, Vimmer, 45+1 (öz qapısına)

G qrupu

İtaliya – İspaniya - 1:1
Qol: De Rossi, 82 (pen.) - Vitolo, 55

Lixtenşteyn - Albaniya - 0:2
Qol: Yehle, 12, Balay, 71

Makedoniya – İsrail - 1:2
Qollar: İlija Nestorovski, 63 - Hemed, 25, Ben Haim, 43

I qrupu

Türkiyə - Ukrayna - 2:2
Qollar: Ozan Tufan, 45, Hakan Çalhanoğlu, 81 (pen.) - Yarmolenko, 24 (pen.), Kravets, 28

İslandiya – Finlandiya - 3:2
Qollar: Arnason, 37, Finboqasson, 90, Siqurdsson, 90+6 - Pukki, 21, Lod, 39

Kosovo – Xorvatiya - 0:6
Qollar: Mancukiç, 6, 24, 35, Mitroviç, 68, Perişiç, 83, Kaliniç, 90+2