BolgeXeber.Com » Şou-Biznes » Rusiyanın baş nazirinin müavini Madonnanı təhqir etdi

Rusiyanın baş nazirinin müavini Madonnanı təhqir etdi

9-08-2012, 15:45
Oxunub: 4 372 Rusiya baş nazirinin müavini Dmitri Roqozin Moskvada konsert proqramı ilə çıxış edən amerikalı məşhur pop ulduzu Madonnanı təhqir edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dmitri Roqozin “Twitter” sosial şəbəkəsindəki bloqunda Maddonanın Moskvada “Xilasedici İsa Kilsəsi”ni təhqir etdiklərinə görə həbs olunan “Pussy Riot” qrupunun üzvləri haqqında dediyi ifadəyə münasibət bildirib: “Hər vaxtı ötmüş fahişə hamıya mənəviyyat haqqında mühazirə oxumağa çalışır. Əsasən də onlar bunu turne və qastrollar zamanı edirlər”.

Qeyd edək ki, Madonna Rusiya paytaxtının “Olimpiski” sarayında konsert proqramı ilə çıxış edib. Məşhur pop ulduz çıxışı zamanı üzərinə “Pussy Riot” yazılan maska geyinib və həbsdə olan qrup üzvləri haqqında 10 dəqiqəlik çıxış edib. Madonna çıxışında bildirib ki, "Bu qızlar cəsur hərəkət ediblər. Nadya, Katya və Maşa - sizin azadlığınız üçün dua edirəm".

“Pussy Riot” rok qrupunun üzvləri Nadejda Tolokonnikova, Mariya Alyoxina və Yekaterina Samutseviç bu ilin fevral ayında həbs olunublar. Onlar “Xilasedici İsa Kilsəsində” çəkdiyi videoçarxı internetdə paylaşıblar. Həmin videoçarxda qrup üzvlərinin maska geyinərək kilsədə mahnı ifa etdikləri nümayiş olunub. Moskvanın Xomoniki rayon Məhkəməsində keçirilən prosesdə prokuror xuliqanlıqda ittiham olunan qrup üzvlərinin hər birinin 3 il müddətinəə azadlıqdan məhrum edilməsini istəyib.