BolgeXeber.Com » Gündəm » Musayevlər ailəsinin yaşam mübarizəsi-VİDEO

Musayevlər ailəsinin yaşam mübarizəsi-VİDEO

7-10-2016, 17:13
Oxunub: 3 182 Musayevlər ailəsinin yaşam mübarizəsi-VİDEOBiləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi ev 8-də məskunlaşan Musayevlər ailəsi 2012-ci ildən bu yana belə ağır şəraitdə yaşayırlar

Evə daman su tavan hissəsində qorxunc mənzərə yaradıb. Soyuq havaların gəlişilə gələn nəmişlik divarlarda çat yaradıb, onların qopub tökülməsinə səbəb olur.
Yağışlı havalarda isə evin bir hissəsi yalnız taslarla dolur, çünki sözügedən evin su altında qalmamasının qarşısını yalnız bu cür almaq olur.
Şikayətçi Musayeva Vəfanın sözlərinə görə, 4 ildir evinin təmiri ilə bağlı müraciət etdiyi əlaqədar qurumlardan müsbət cavab ala bilməyib.
Dəfələrlə İcra Hakiminin qəbuluna düşmək istəyən Vəfa xanımın sözlərini idarədə rişxəndlə qarşılayıb, yola salıblar.

2 uşağı ilə çətin həyat mübarizəsi aparan şikayətçi ona qarşı göstərilən laqeyd münasibətdən təngə gəldiyini də bildirib.
İcra Hakimiyyəti üçün kiçik sayılan məbləğə başa gələ biləcək təmir işləri Vəfa xanımın üstünə atılır və maddi vəziyyəti yaxşı olmayan şikayətçi öz səhhətindəki problemləri həll etməyə pulu güclə tapdığını deyir.Sonda məsələni ictimailəşdirdiyimiz üçün şikayətçi BTV əməkdaşlarına təşəkkürünü bildirdi.