BolgeXeber.Com » Dünya » “Ərdə olan qadını yoldan çıxarmaq üçün…” – prezidentliyə namizəd Trampdan şok sözlər

“Ərdə olan qadını yoldan çıxarmaq üçün…” – prezidentliyə namizəd Trampdan şok sözlər

8-10-2016, 18:15
Oxunub: 3 236 “Ərdə olan qadını yoldan çıxarmaq üçün…” – prezidentliyə namizəd Trampdan şok sözlərABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Tramp qadınlardan üzr istəyib

Publika.az xəbər verir ki, o, qadınlar haqda yanlış sözlər dediyini etiraf edib. Qeyd edib ki, bundan sonra daha nəzakətli olacaq.

D. Trampın üzr istəməsinə səbəb olan sözlər isə maraqlıdır.

“The Washington Post” qəzeti 2005-ci il 7 oktyabr tarixində yayımlanan Trampın sözlərini yenidən dərc edib.

“Mən onu əldə etməyə cəhd etdim. O, ərdə idi. Lakin mən onu başdan çıxarmağa və gəzəyən qadınlar kimi istifadə etməyə çalışdım. Lakin buna nail ola bilmədim. Məni gözəl qadınlar cəlb edir. Mən sadəcə onları öpməyə başlayıram. Əgər sən məşhursansa, onlar öpməyə icazə verəcəklər”, – deyə Tramp həmin vaxt bildirmişdi.
Bolgexeber.com