BolgeXeber.Com » İdman » Azərbaycan millisi tarix yazdı: ardıcıl 2-ci qələbə və qrup lideri oldu!-VİDEO + FOTOLAR

Azərbaycan millisi tarix yazdı: ardıcıl 2-ci qələbə və qrup lideri oldu!-VİDEO + FOTOLAR

9-10-2016, 12:17
Oxunub: 5 534 Azərbaycan millisi tarix yazdı: ardıcıl 2-ci qələbə və qrup lideri oldu!-VİDEO + FOTOLARFutbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib

Yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb. UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Robert Prosineçkinin yetirmələri üçün ilk ev qarşılaşması olub.

Tsikli səfər qələbəsi ilə başlayan millimiz San Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə nail olub. 11-ci dəqiqədə Maksim Medvedevin qolu ilə hesabı açan yığmamız matçın sonuna qədər üstünlüyünü qoruya bilib.

Ev oyunundakı 3 xal komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnib. Yığmamızın turu zirvədə bitirməsi üçün Almaniya millisi Çexiya qarşısında xal itirməlidir. Millimizin qrupundakı Almaniya - Çexiya və Şimali İrlandiya - San Marino oyunları bu gün saat 22:45-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə ardıcıl iki seçmə mərhələ oyununda qələbə qazanıb. Seçmə mərhələlərdə 1994-cü ildə debüt edən komandamız 22 illik tarixi ərzində ilk dəfə qələbə seriyasına imza atıb. Bu, yığma tarixində görünməmiş və ilk dəfə gerçəkləşən qələbə seriyasıdı.

Cəmi 2 matçdan ibarət belə seriyayadək 10 dəfə meydanı qalib kimi tərk edən komandamız heç vaxt uğurun ardını gətirə bilməmişdi. Seçmə mərhələlərdəki 11-ci qələbəsini səfərdə əldə edən futbolçularımız 12-ci uğurunu Bakı Olimpiya Stadionunda qazandı.

Bu qələbə ilə Azərbaycan millisi həm də tarixinin ən uğurlu startına imza atıb. DÇ-2018-in ilk iki oyununda göstərdiyi nəticə ilə yığmamız tarixində ən yaxşı göstəricini rəsiləşdirib. Ardıcı olaraq San Marino və Norveç üzərində qələbə qazanan komandamız ilk iki turu 6 xalla tamamlayıb. Bu matçlarda 2 top vuran komandamız qapısını toxunulmaz saxlayıb.

AÇ-1996-dan başlayaraq, 11 seçmə tsikli arxada qoyan yığmamız indiyədək ilk iki qarşılaşmada heç vaxt belə nəticə qazanmamışdı. Ən yaxşı halda 3 xal toplayan komandamız həmin – DÇ-1998-in startında top fərqimiz “-5” olmuşdu. Cari tsiklə qədərki yeganə qələbə də həmin vaxta təsadüf etmişdi.

Digər 10 seçmə mərhələdən 4-də 1 xal qazanan komandamız, 6 dəfə startı sıfırla yola vermişdi.

Startda ən yaxşı halda 2 qol vuran komandamız ötən tsikldə imza atdığı rekordu təkrarlayıb. Yığmamız iki il öncəki kimi startda 2 dəfə fərqlənib.

Bu dəfə komandamız startı qol buraxmadan başa vurub. İndiyədək heç vaxt ilk iki matçda qapımızı toxunulmaz saxlamamışdıq. Ən yaxşı halda ilk iki matçda cəmi 1 top buraxmışdı. Bu da DÇ-2010-da gerçəkləşmişdi.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu
8 oktyabr

Azərbaycan - Norveç - 1:0 (1:0)
Qol: M.Medvedev, 11 (1:0).
Sarı vərəqə: H.Alisami, 32. Y.Svensson, 33. R.Qurbanov, 64. S.Yohansen, 90+2. A.Sorlot, 90+3.
Baş hakim: Liran Liani (İsrail).
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 8. Eddi İsrafilov (9. Namiq Ələsgərov, 65), 10. Ruslan Qurbanov (20. Ramil Şeydayev, 80), 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov (6. Bədavi Hüseynov, 90), 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 7. Araz Abdullayev, 11. Rauf Əliyev, 15. Ruslan Abışov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıye, 22. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.

Norveç: 1. Rune Yarsteyn, 2. Haytam Alisami, 3. Even Hovland, 4. Stefan Stranberq, 7. Coşua Kinq (9. Aleksandr Sorlot, 61), 10. Markus Henriksen, 15. Per Cilyan Skyelberd (k) (8. Stefan Yohansen, 84), 16. Yonas Svensson, 18. Ole Selnis, 20. Adama Diomande, 21. Pol Andre Helland (23. Yo İnqe Berqet, 71).
Ehtiyat oyunçular: 12. Oryan Niland, 22. Andre Hansen, 5. Aleksandr Tettey, 6. Ruben Qabrielsen, 11. Tarik Elyunussi, 13. Martin Samuelsen, 14. Veqar Hedenstad, 17. Conatan Parr, 19. Ruben Yenssen.
Baş məşqçi: Per-Matias Hoqmo.