BolgeXeber.Com » Dünya » Ramzan Kadırov 12-ci dəfə ata oldu

Ramzan Kadırov 12-ci dəfə ata oldu

11-10-2016, 10:21
Oxunub: 3 592 Ramzan Kadırov 12-ci dəfə ata olduÇeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 12-ci dəfə ata olub

Bu barədə “Instagram” səhifəsində Çeçenistan parlamentinin spikeri Məhəmməd Daudov məlumat verib.

“Bu gün mənim əziz qardaşım, Çeçenistan Respublikasının rəhbəri Ramzan Əhməd oğlu Kadırovun oğlu dünyaya göz açıb. Allahın izni ilə Abdulla böyük Kadırovlar nəslinin davamçısı olacaq”, - Daudov yazıb.

Qeyd edək ki, Ramzan Kadırovun 12 övladı var - dörd doğma oğlu və altı qızı, həmçinin övladlığa götürülmüş iki uşaq.