BolgeXeber.Com » Gündəm » DYP Aşura günlərində nəqliyyata nəzarəti artırır-VİDEO

DYP Aşura günlərində nəqliyyata nəzarəti artırır-VİDEO

12-10-2016, 15:20
Oxunub: 3 099 DYP Aşura günlərində nəqliyyata nəzarəti artırır-VİDEODünən axşam saatlarından Bakıda yerləşən məscidlərə və pirlərə böyük insan axını başlayıb

BTV bildirir ki,şəxsi avtomobillərlə sözügedən istiqamətlərə gedənlər nəqliyyatın hərəkətində durğunluğa səbəb olurlar. Bu məsələ ilə bağlı Dövlət Yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. DYP-nin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, aparılan təhlillərə əsasən Səməd Vurğun küçəsi istiqamətində yerləşən Göy Məscidə daha böyük axın olub.
Sonda Vaqif Əsədov bu günlərdə yollarda yaşanan sıxlığı aradan qaldırmaq üçün sakinləri ictimai nəqliyyatdan istifadəyə dəvət etdi.
Mahmudov İbrahim
Bolgexeber.com