BolgeXeber.Com » Gündəm » Təzəpir məscidində qanvermə aksiyası keçirilib-VIDEO

Təzəpir məscidində qanvermə aksiyası keçirilib-VIDEO

13-10-2016, 10:25
Oxunub: 4 125 Təzəpir məscidində qanvermə aksiyası keçirilib-VIDEOMəhərrəm ayının başlaması ilə birlikdə qanvermə aksiyalarının sayında kəskin artım müşahidə olunub

Bu gün səhər saatlarından başlayan qanvermə aksiyalarından biri də Təzəpir məscidi daxilində keçirilib.
Hər il olduğu kimi, bu il də keçirilən aksiyanın əsas məqsədi-Talesemiya xəstəliyindən əziyyət çəkənlərə yardım etmək olub.
Qan verən şəxslər belə xeyirxah prosesdə iştirak etdikləri üçün məmnun olduqlarını bildiriblər.
BTV bildirir ki, Qafqaz Müsəlmanlar İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiyada qanvermə proseduru həkimlərin ciddi nəzarəti altında həyata keçirilib.
Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstutunun direktoru Zöhrə Əlimirzəyeva aksiyanın təfərrüatlarından söz açıb.
Sonda Qafqaz Müsəlmanlar İdarəsinin sədri hacı Allahşükür Paşazadə də aksiyaya qoşularaq qan verib.
İbrahim Mahmudov
Bolgexeber.com