Saakaşvili Odessada fövqəladə vəziyyət elan edib
13-10-2016, 13:05
Oxunub: 2 696
Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili qasırğa səbəbiylə regionda fövqəladə vəziyyət elan edib
Bolgexeber.com Report-a istinadən xəbər verir ki, o, bu barədə “Facebook”dakı səhifəsində yazıb.
“Güclü külək səbəbindən ağacların və elektrik xətlərinin qırılması üç nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. 100-dən çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Vilayət administrasiyası yanında fövqəladə vəziyyət üzrə qərargah fəaliyyət göstərir.
Məktəblərdə dərsləri ləğv etməyi, təbii fəlakətin təsir etdiyi bütün rayonlardakı dövlət müəssisələrində işə gəlişi məhdudlaşdırmağı tövsiyə edirik. Yalnız fövqəladə hallar üzrə xidmətin əməkdaşları və rayonların həyat fəaliyyətini təmin edən vətəndaşların işləməsi məsləhətdir”, - M.Saakaşvili yazıb.
O, həmçinin küləyin sürəti aşağı düşənə qədər vətəndaşları evdən çıxmamağa çağırıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər