BolgeXeber.Com » Gündəm » Universal döyüşçülərimiz Dünya Çempionatına hazırlaşırlar-VİDEO

Universal döyüşçülərimiz Dünya Çempionatına hazırlaşırlar-VİDEO

13-10-2016, 16:46
Oxunub: 5 166 Universal döyüşçülərimiz Dünya Çempionatına hazırlaşırlar-VİDEOUniversal döyüş üzrə Milli komandanın baş məşqçisi Elşən İsmayılov idmançıların qatıldığı son döyüşdən və hazırlaşdıqları Dünya Çempionatından danışdı

Son zamanlar ölkəmizdə idmana olan qayğı gündən-günə artmaqdadır. Göstəilən qayğının nəticəsidir ki, artıq Azərbaycanın dünya idman ailəsində xüsusi yeri var.
Müxtəlif sahələri təmsil edən idmançılarımız dünya arenalarında göstərdikləri uğurlu çıxışları ilə bizi sevindirirlər.
Əldə etdiyi uğurlarla inkişafa doğru gedən idman sahələrindən biri də Universal döyüş növüdür.
2000-ci ildə əsası Azər Həsənov tərəfindən qoyulan Azərbaycan Universal Döyüş Federasiyası fəaliyyət dövründə idman tariximizə 6 Dünya və 8 Avropa çempionunun adını yazdırmışdır.
Universal döyüş üzrə Milli komandanın baş məşqçisi Elşən İsmayılov idmançıların qatıldığı son döyüşdən və hazırlaşdıqları Dünya Çempionatından danışdı.
Noyabr ayında keçiriləcək Dünya Çempionatına hazırlaşan idmançılar xüsusi tərtib olunmuş proqram üzrə öz məşqlərinə davam edirlər. Baş məşqçinin daha çox ümid bəslədiyi idmançılar- Nicat Əliyev və Orxan Qurbanovdır.
75 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək olan Nicat Əliyev 2 dəfə Dünya Çempionu adına layiq görülmüşdür, idmançımız növbəti çempionatda da bu adı qazanmağa iddialıdır.
Gərgin məşq proseslərində iştirak edən Qurbanov Orxan da çempion olmaq yolunda addımladığına görə yorğunluğa əhəmiyyət vermədiyini bildirdi.
BTV ailəsi olaraq idmançılarımıza bu çətin və şərəfli yolda müvəffəqiyyətlər arzulayırıq. Qarşıdakı çempionatda bayrağımızı zirvədə görmək ümidi ilə...
İbrahim Mahmudov
Bolgexeber.com