BolgeXeber.Com » Analitika » Müzakirə olunan şeir barədə MÜƏLLİF DƏ DANIŞDI, NAZİRLİK DƏ - FOTOLAR

Müzakirə olunan şeir barədə MÜƏLLİF DƏ DANIŞDI, NAZİRLİK DƏ - FOTOLAR

13-10-2016, 17:45
Oxunub: 16 964 Müzakirə olunan şeir barədə MÜƏLLİF DƏ DANIŞDI, NAZİRLİK DƏ - FOTOLARGülzar İbrahimova: “Kimin xoşuna gəlmirsə...”

Bir neçə gündür sosial şəbəkələrdə müəllifi Gülzar İbrahimova (təxəllüsü Gülzar Nənə - N.Q.) olan “Mənim ağıllı balam” adlı uşaq şeirinin müzakirəsi gedir. Bəziləri şeirin Əlifba kitabına salındığını iddia edərək buna görə Təhsil Nazirliyini ittiham edir. Müzakirəyə qoşulanlar şeirin bəsitliyini önə çəkir, qafiyə uyğunsuzluğunun olduğunu və balacaların bunu əzbərləməkdə çətinlik çəkdiyini deyir. Şeirin məzmunca da zəif olduğu vurğulanır.

Nazirliyin cavabı: “Like" qazanmağın başqa yolunu tapmadınız”
Müzakirə olunan şeir barədə MÜƏLLİF DƏ DANIŞDI, NAZİRLİK DƏ - FOTOLAR

Şeirin həqiqətən Əlifba dərsliyinə salınıb-salınmadığını öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov rəsmi sorğumuza sosial şəbəkə vasitəsi ilə cavab verdi:

“Çox təəssüflə qeyd edirəm ki, adını çəkmək istəmədiyim facebook səhifəsində guya hansısa dərslikdə çap olunan şeir nümunəsində bayağı ifadələr işlədilib. Bu şeirin dərslikdə çap olunmadığı onun üz səhifəsinə baxdıqda aydın görünür. Əziz dostlar, "like" qazanmağın başqa yolunu tapmadınız?”.

Müzakirə olunan şeir barədə MÜƏLLİF DƏ DANIŞDI, NAZİRLİK DƏ

Gülzar İbrahimova: “Kimin xoşuna gəlmirsə...”

Şeirin müəllifi Gülzar İbrahimova bizimlə söhbətində şeirinin müzakirəsindən xəbərdar olduğunu dedi: “Əvvəla, şeir Əlifba dərsliyinə salınmayıb. Bunu dəqiqləşdirməmiş niyə bu boyda müzakirə açıblar anlamıram. Məktəbəqədər hazırlıq kurslarından, uşaq bağçalarından mütəmadi olaraq məndən şeirlər istəyirlər. Şeirlərimi daha çox saytlardan, sosial şəbəkələrdən götürürlər. Bu şeirimi də elə çox güman ki, saytlardan götürüblər. Bir də ki, şeirdə qeyri-adi nə var ki, belə hamı narahatdı. Kimin xoşuna gəlmirsə, öyrətməsin uşağına. Bəyəm bu şeiri oxumağa, öyrənməyə məcbursunuz?”.

Müəllif deyir ki, tənqidlər onu ruhdan salmır:

“Bu qədər tərifin içində əlbəttə ki, tənqid edənlərin olması da təbiidir. Amma bu şeirlərə görə mənə nə qonorar verən var, nə də “sağ ol” deyən. Şeir öyrənmək uşaqların yaddaşını gücləndirir, zehni inkişafına yardım edir. Məqsədimiz uşaqların yaddaşını mükəmməlləşdirməkdir. Özüm də bilirəm ki, yazdığım şeirlər içərisində zəifləri də var, normalı da. Amma biz yazmasaq, kim yazacaq? Əslində müzakirə olunmalı məsələ uşaqlar üçün şeir yazanların olmamasıdır”.

Müsahibimiz deyir ki, sosial şəbəkədə gedən tənqidlərdən xəbəri olsa da, onlara cavab vermək fikri yoxdur:

“Uşaqlar üçün ayda bir dəfə jurnal buraxırıq, balacalarla görüşlərdə oluram, yaradıcılığımla məşğulam. Sosial şəbəkələrdə gedən müzakirələrə qoşulmağa vaxtım yoxdur, amma mövzunun nə olduğunu bilirəm. Təbii ki, tənqidləri nəzərə alacam və gələcəkdə daha məzmunlu şeirlər, daha maraqlı nağıllar araya-ərsəyə gətiməyə çalışacam”.
Müzakirə olunan şeir barədə MÜƏLLİF DƏ DANIŞDI, NAZİRLİK DƏ - FOTOLAR