BolgeXeber.Com » Bölgə » Ağstafada ağır yol qəzası: ölən və yaralananalar var

Ağstafada ağır yol qəzası: ölən və yaralananalar var

6-12-2010, 17:15
Oxunub: 5 442
"VAZ-2107" və "Nissan" markalı avtomaşınlar toqquşub


Ağstafa rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Bolgexebere"e verilən məlumata görə, hadisə dekabrın 5-də saat 19.00 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində qeydə alınıb.

Tovuz rayon sakini Elgün Verdiyevin idarə etdiyi "VAZ-2107" markalı və Şəki şəhər sakini İmran Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət alan E.Verdiyev və sərnişini, Qazax rayon sakini Elviz Qurbanov, habelə İ.Məmmədovun sərnişinləri, Qazax rayon sakinləri Asya Nəsibova və onun qadaşı Elşad xəstəxanaya yerləşdirilib. E.Verdiyev orada ölüb. Digərlərin vəziyyəti yaxşı olsa da A.Nəsibovanın vəziyyəti orta-ağırdır.

Ağstafa rayon polis şöbəsi tərəfindən araşdırma aparılır..