BolgeXeber.Com » Gündəm » İcbari sığorta qaydalarında yeni dəyişikliklər olacaq-VİDEO

İcbari sığorta qaydalarında yeni dəyişikliklər olacaq-VİDEO

15-10-2016, 14:52
Oxunub: 4 036 İcbari sığorta qaydalarında yeni dəyişikliklər olacaq-VİDEOAzərbaycanda icbari sığorta üzrə qanun 2011-ci ildə qəbul edilmişdir

BTV bildirir ki,bu qanun özlüyündə 4 icbari sığorta növünü birləşdirir ki, bunlardan ən geniş yayılmışı “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”dır.
Sığorta üzrə ekspert Mustafa Abbasbəyli bu ilin ilk 9 ayında 700.000 avtomobilin icbarı sığorta qeydiyyatından keçdiyini bildirdi.
Ekspert həmçinin yaxın günlərdə İcbari sığorta qaydalarında ediləcək yeni dəyişikliklərdən danışdı. Onlayn sığortanın proseslərin daha sürətli inkişafına təkan verəcəyindən danışan ekspert, həmçinin, yeni qaydaların sığorta ödənişlərindəki şəffaflığı artıracağını və pul itkilərini minimuma endirəcəyini də qeyd etdi.
İbrahim Mahmudov

Bolgexeber.com