BolgeXeber.Com » İdman » Vladimir Kliçko britaniyalı Entoni Coşua ilə döyüşəcək

Vladimir Kliçko britaniyalı Entoni Coşua ilə döyüşəcək

17-10-2016, 08:47
Oxunub: 3 976 Vladimir Kliçko britaniyalı Entoni Coşua ilə döyüşəcəkUkrayna boksçusu Vladimir Kliçko və britaniyalı Entoni Coşua bu ilin dekabrında döyüş keçirmələri ilə bağlı razılığa gəliblər

“Report”-un TASS agentliyinə istinadən məlumatına görə, bu barədə britaniyalının promouteri Eddi Hirn bildirib.

“Boksçular arasında razılığa gəlinib, döyüşün rəsmi anonsu yaxın vaxtlarda veriləcək”, - Hirn bildirib.

Qeyd edək ki, Kliçko peşəkar karyerasında keçirdiyi 68 döyüşdən 64-də qələbə qazanıb (53-ü nakautla) və 4 məğlubiyyət yaşayıb. Coşua isə hələ də peşəkar rinqdə məğlubiyyət görməyib – 17 qələbə, hamısı nakautla.