BolgeXeber.Com » Sosial » Ödəmə terminalları camaatı belə yarı yolda qoyur - VİDEO

Ödəmə terminalları camaatı belə yarı yolda qoyur - VİDEO

17-10-2016, 10:47
Oxunub: 3 613 Ödəmə terminalları camaatı belə yarı yolda qoyur - VİDEOBakıya yağan yağış ciddi fəsadlara yol açmasa da, küçədə quraşdırılan bəzi ödəmə terminallarını qeyri işlək edib

“Xəzər Xəbər”ə müraciət edən vətəndaşlar 9-cu mikrorayonda bir çox ödəmə terminallarının işləmədiyini bildiriblər. Deyiblər ki, yağışlardan sonra belə olub. Terminallarda heç bir ödəniş əməliyyatı aparmaq mümkün olmayıb.

Pulu daxil edir, amma terminal qəbul etmir. Bura paytaxtın 9-cu mikrorayon, Şamaxinka deyilən ərazidir. Vətəndaşlar bildirir ki, bu günkü yağışlardan sonra terminallar işləməyib.

Test üçün ərazidəki başqa ödəmə aparatlarına da yaxınlaşdıq. Məlum oldu ki, yaxınlıqdaki bir çox terminalda eyni vəziyyətdir.

Məsələylə bağlı ödəmə terminalını yerləşdirən şirkətlə əlaqə saxladıq. Bildirdilər ki, bazar günü olduğundan aparatlarının işləməmək səbəbini deyə bilməyəcəklər.
Bolgexeber.com