BolgeXeber.Com » Sosial » Yağış yağdı, Bakıda hərəkət iflic oldu-Həmişə olduğu kimi

Yağış yağdı, Bakıda hərəkət iflic oldu-Həmişə olduğu kimi

17-10-2016, 10:52
Oxunub: 2 910 Yağış yağdı, Bakıda hərəkət iflic oldu-Həmişə olduğu kimi Səhər saatlarından Bakıda yağan yağış, hər dəfə olduğu kimi, bu gün də paytaxtın küçələrində hərəkəti iflic edib

Bakının əksər küçələri və əsas prospektlərində tıxaclar yaranıb.Bu hal təkcə avtomobil sürücüləri üçün deyil, piyadalar üçün də problemlər yaradır. Şəhərin mərkəzi küçələri başdan başa gölməçələrdən ibarətdir. Göydən yağan su, faktiki olaraq, axıb getməyə yer tapmır. Və bu, hər dəfə yağış normadan bir az artıq yağdıqda təkrarlanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verdiyi məlumata görə, hazırda Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospketi (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə doğru), Niyazi küçəsi (hər iki istiqamətdə), habelə Əbdürrəhim bəy Haqverdiyev (Dövlət Statistika Komitəsi istiqamətində), Səməd Vurğun küçəsi ("Təzə bazar"a doğru), Abbasqulu ağa Bakıxanov küçəsi (hər iki istiqamətdə, nisbi sıxlıq) və Tbilisi prospektində ("Nizami" metro stansiyasına doğru) tıxac yaranıb.