BolgeXeber.Com » Analitika » Heydər Əsədovun pambıq fiaskosu: “ağası gülüm olanın başına külüm olar”

Heydər Əsədovun pambıq fiaskosu: “ağası gülüm olanın başına külüm olar”

17-10-2016, 12:59
Oxunub: 4 014 Heydər Əsədovun pambıq fiaskosu: “ağası gülüm olanın başına külüm olar”Son vaxtlar rəsmi mediada ölkədə pambıqçılığa dövlət qayğısı, bütün gücün bu sahəyə səfərbər olması haqda yazılır

Cumhuriyyet.az tanınmış iqtisadçı alim, Qubad İbadoğlunun pambıq yığımı ilə bağlı gerçıkliyi əks etdirən fikirlərini təqdim edir:
“Aramsız yağan yağışlar pambığın keyfiyyətini aşağı salsa da bir qozadan çıxan xam pambığın çəkisinə müsbət təsir göstərdiyindən məhsuldarlıq artır. Müşahidələr göstərir ki, son günlər fasiləsiz yağıntılara görə, artıq bir qozadan çıxan xam pambığın kütləsi orta hesabla 7 qramdan 10 qramadək artıb. Yağışlar gələn həftə ərzində də davam edərsə, bu halda həftə sonu bir qozadan çıxan xam pambığın kütləsi 15 qramadək arta bilər. Bununla da ölkədə məhsuldarlıq problemi həll olunur, bu il üçün nəzərdə tutulan 100 min ton pambıq planı doldurulur. Odur ki, heç kəs narahat olmasın!
Bura qədər yazılanaları ciddi qəbul etməyin dostlar! Dünyanın pambıq istehsalı üzrə ixtisaslaşmış heç bir ölkəsində belə iqlim şəraitində pambıq yetişdirmirlər. Hətta Sovet Azərbaycanında da pambıq yığımı oktyabradək yekunlaşırdı. Hazırda isə tarlalardan pambığın çoxu 2 səbəbdən yığılmayıb. Birincisi, onu yığmağa lazım olan əmək və texniki resurslar çatışmır, ikincisi isə bır sıra sahələrdə pambıq vaxtında – apreldə – deyil, vaxtından gec – mayda əkildiyindən hələ də qozalar açılmayıb.
Belə yerdə deyiblər ki, ağası gülüm olanın başına külüm olar”.