BolgeXeber.Com » İdman » İkinci Olimpiya qızılımız gəldi

İkinci Olimpiya qızılımız gəldi

12-08-2012, 00:50
Oxunub: 5 396 Şərif Şərifov finalda rəqibinə heç bir şans verməyib

Azərbaycanın sərbəst güləş yığmasının üzvü Şərif Şərifov finalda puerto-rikalı Ceym Espinalla üz-üzə gəlib.

24 yaşlı son dünya çempionumuz həlledici görüşdə rəqibinə qalib gəlib və beləliklə Azərbaycana ikinci qızıl medal qazandırıb.

Qeyd edək ki, Şərif yarışa 1/8 finaldan qatılıb. O, ilk qarşılaşmasında türkiyəli İbrahim Bölükbaşını məğlub edib. 1/4 finalda Şərif amerikalı Ceyk Herberti sınağa çəkib. O, ilk 2 döyüşündən fərqli, bu dəfə daha əla döyüş nümayiş etdirib. Birinci hissədə 4:1 hesablı qələbəyə sevinən təmsilçimiz ikinci hissədə 6 xal öndə olduğu üçün vaxtından əvvəl qalib elan olunub.

İdmançımızın yarımfinalda rəqibi iranlı Naser Laşqari olub. Görüş kifayət qədər çətin keçsə, idmançımız 2:1 hesablı qələbə qazanaraq finala çıxıb.