BolgeXeber.Com » İdman » "MMA FIGHTING SERIES"-in 3-cü mərhələsinin döyüşləri keçirilib-VİDEO

"MMA FIGHTING SERIES"-in 3-cü mərhələsinin döyüşləri keçirilib-VİDEO

18-10-2016, 09:21
Oxunub: 3 264 "MMA FIGHTING SERIES"-in 3-cü mərhələsinin döyüşləri keçirilib-VİDEOSon illər ölkəmizdə idmana göstərilən qayğı idmançılarımızın uğurlarında özünü açıq şəkildə göstərir

Qatıldığı əksər yarışlardan qələbə ilə qayıdan idmançılarımız Azərbaycanın dünya ölkələri arasında unikal mövqe tutmasına şərait yaradır.
Oktyabrın 15-də Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində MMA döyüş seriyasının 3-cü turnir mərhələsi keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qəbələ İdman klubunun və TT Fight Club-un təşkilati dəstəyilə keçirilən yarışda İran, Rusiya, Gürcüstan və Çeçenistanı təmsil edən potensiallı döyüşçülər iştirak edib.
Qara kəmər uğrunda gürcüstanlı idmançı ilə qarşılaşan Dünya çempionu Cəfər İsmiyevin cəmi 2 raund döyüşməsi kifayət edib ki, rəqib üzərində parlaq qələbə qazansın.

Bu tip turnirlərin həmçinin yoxlanış xarakteri daşıdığını deyən Azərbaycan Fight Clubun prezidenti Şəhriyar Abbasov döyüşdən razı qaldığını bildirib.
Müşahidə etdiyi bəzi səhvləri aradan qaldırmağın vacib olduğunu deyən Şəhriyar Abbasov gələcək yarışlardan da söz açıb.

Sonda Şəhriyar Abbasov BTV Sport əməkdaşlarına idmançılara dəstək olduqlarına görə təşəkkürünü bildirib.