BolgeXeber.Com » Şou-Biznes » Çovdarovun şou-biznesə uzanan əlləri: 8 sənətçinin adı MTN işində

Çovdarovun şou-biznesə uzanan əlləri: 8 sənətçinin adı MTN işində

18-10-2016, 09:44
Oxunub: 3 567 Çovdarovun şou-biznesə uzanan əlləri: 8 sənətçinin adı MTN işindəBrilliant Çovdarovdan nə bilir?

MTN generalı Akif Çovdarovun həbsi ilə bir neçə tanınmış sənət adamının adı da bu işə qarışdı. Məlum oldu ki, Eldar Mahmudovun baş mafiozu müğənnilərə bu və ya digər şəkildə təsir edibmiş. Qanqster Hacı Məmmədov kimi Akif Çovdarov da şou-biznes əhlini öz qara dairəsinə salıb. 24saat.org onlar barəsində arxi-aktual arayış hazırlayıb və yayılan məlumatların detallarını incələyib. Həmin araşdırmanı sizə təqdim edirik:

Şəbnəmlə başlanğıc

Ondan başlayaq ki, hər şey müğənni Şəbnəm Tovuzlu ilə start götürdü. Rəsmi nikahda yaşadığı iş adamı Famil Xəlilov adlı şəxs əlaqəsi olan MTN generalının vasitəsi ilə müğənniyə hərbə-zorba gəlibmiş.

Çovdarovun qurbanı olmuş Şəbnəm Famillə münasibətlərdə problem yaşandığını etiraf edib. O zaman Şəbnəm Famildən ayrılmaq istəyirmiş.
Qarşı tərəf isə şəxsi münasibəti olan Çovdarovla əlaqə saxlayıb. MTN generalı müğənnini çağıraraq ona təzyiq göstərib və Familin bağışladığı evi qaytarmağı tələb edib.
Şəbnəmin sözlərinə görə, qısqanclıq zəminində anlaşmazlıq aradan qalxıb və sevgilisi ilə əlaqələri bərpa olub. Belə məlum olur ki, qocaman generalın işi-gücü küsənləri barışdırmaq ya da aliment, əmlak problemini həll etmək olub.

Mətanətlə qızışan proses

24saat.org xəbər verir ki, müğənni Şəbnəmlə başlayan proses həmkarı Mətanət İsgəndərli ilə qızışdı və aktiv fazaya qədəm qoydu.
Çovdarovun şou-biznesə uzanan əlləri: 8 sənətçinin adı MTN işində
Məlum olduğu kimi, Franasada yaşayan ABU rektoru Elşad Abdullayev qardaşı Mahirin qətlində Mətanəti Çovdarovla əlbir olmaqda ittiham edir.
Sabiq rektorun sözlərinə görə, Mətanət Çovdarovun agenti olub. Keçmiş rektorun iddialarına görə, Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşmə olub. A.Çovdarov M.Abdullayevə 300 min dollar borclu qalıb. Və Mətanət Çovdarovla əlbir olub.
E.Abdullayevin açıqlamasına görə, A.Çovdarovun Mahirdən Hacı Məmmədova məxsus “Qarabulaq” restoranında müğənni Mətanətlə “sərgüzəştləri” ilə bağlı 2 milyon dollar tələb etdiyi iddia edilir. Mətanətin Hacı Məmmədovla şəkilləri dərc olunsa da, indiyə kimi bu barədə heç nə deməyib.
Mananaya “Mercedes”
Çovdarov işində müğənnilərin sayı-hesabı isə bitmir. Onlardan biri – əməkdar artist Manana Caparidzedir. Onun 2006-cı ildə H.Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı.

Hətta iddia olunurdu ki, Məmmədov Caparidzeyə “Mersedes” markalı avtomobil hədiyyə edib. Caparidze həmin vaxt Hacı Məmmədovla olan şəklini belə şərh etmişdi: “Mən bir il “Qarabulaq” istirahət mərkəzində oxudum.
Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər”. Ehtimal olunur ki, Mananadan Çovdarovu tanıyıb-tanımadığı haqda suallar veriləcək. Onu “Qarabulaq”da görüb-görmədiyi barədə danışa bilər. Onların ifadələri generalın cəzasına təsir edə bilər.

Brilliant Çovdarovdan nə bilir?

Qanqsterin daha bir “qurbanı” xalq artisti Brilliant Dadaşovadır. Xatırlayırsınızsa, sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı.
Buna səbəb Dadaşovanın pasportunda özünü “cavanlaşdırması” idi. Belə ki, həmin sənəddə müğənninin adı “Prılanta” kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir.
O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi.
Hər iki sənətçinin Çovdarov-Məmmədov əlaqələri haqda hansı bilgilərə malik olmaları ilə bağlı məhkəməyə çağırıla bilər.

Manaf Ağayev də var

Ən nəhayət, bu siyahı üzrə hələ ki axarıncı adı çəkilən müğənni Manaf Ağayevdir. Sənətçi artıq Çovdarovun məhkəməsində iştirak edib.
Çovdarovun cinayət işi üzrə zərər çəkmiş kimi tanınan, həbsdə olan “Real MTK”nın rəhbəri İlham Qasımovun tikdiyi binadan M.Ağayevin ev aldığı bildirilir. Orada iştirak edən sakinlər arasında Manaf da yer alıb.

İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb. O, 13 milyon manat pulu dələduzluq etməkdə təqsirli bilinir.