BolgeXeber.Com » Şou-Biznes » Modelyer mükafatını aldı-Foto

Modelyer mükafatını aldı-Foto

9-08-2012, 15:10
Oxunub: 5 301



Tanınmış modelyer Gülnarə Xəlilovaya növbəti mükafat təqdim edildi

Bu günlərdə 6 aylığın yekunlarına dair “Dünya Azərbaycanlıları” İctimai Mərkəzi “Qızıl Buta” Mükafat ücün sorğular keçirmişdir. Bu sorğuda iştirak edən respondentlərin 18 % iş adamı 12% elm xadimləri 19 % məmurlar 22 % tələbələr 2 % işsizlər 27 % müxtəlif peşə sahibləridir.

Mərkəzdən verilən məlumata görə respondentlərin 54.3% kişilər, 44.7% qadınlar təşkil edib. Keçirilən sorğuda Prezident İlham Əliyev başda olmaqla bir sıra elm-içtimai xadimlər, millət vəkillərimiz mükafata layiq görülmüşdür. Və qaliblərin arasında da Azərbaycanın tanınmış modelyeri Gülnarə Xəlilova - Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir moda məktəbinin yaradılmasında və inkişafında xidmətlərinə görə mükafata layiq görülmüşdür. Moda evində mərkəzin sədri Z. Mirzə-zadə Gülnarə Xəlilovaya mükafatını təqdim etmişdir.