BolgeXeber.Com » Gündəm » Ucar Qaz İdarəsinin rəisi Elşən Hüseynova qarşı korrupsiya ittihamı-ŞOK AUDİO

Ucar Qaz İdarəsinin rəisi Elşən Hüseynova qarşı korrupsiya ittihamı-ŞOK AUDİO

20-10-2016, 10:46
Oxunub: 8 901 Ucar Qaz İdarəsinin rəisi Elşən Hüseynova qarşı korrupsiya ittihamı-ŞOK AUDİO"Elşən Hüseynovun qardaşı Tahir Hüseynov «Azəriqaz» İstehsalat Birliyində məsul vəzifədə işlədiyi üçün ona gözün üstə qaşın var deyən yoxdur"

Bolgexeber.com-a Ucar rayon sakinləri tərəfindən şikayət məktubu ünvanlanıb. Həmin məktubu olduğu kimi təqdim edirik:

“«Azəriqaz» İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar Xidmət Sahəsinin rəisi Elşən Hüseynovun işçidən rüşvət tələb etməsi barədə audio səs yazısını xahiş edirik dinləyin.Həmin audio səs yazısında məlum olan odur ki, Ucar Xidmət Sahəsinin rəisi Elşən Hüseynov 27 ilin nöqsansız işçisi Elman Abışovu işdən çıxaracağı və yerinə 4000 manat alıb başqa şəxsi təyin edəcəyi ilə şantaj edib ondan 2500 manat rüşvət verməyi tələb edir.
Həmçinin bu işə «Azəriqaz» İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və prezident də qarışa bilməyəcəyini vurğulayır. O, həmçinin Ziya Məmmədovun, Əkbər Hacıyevin, Ucar rayonunun icra başçısı Mənsur Məmmədovun adından istifadə edərək «Nə qədər ki, onlar vəzifə başındadır mənə heç kimin gücü çata bilməz. Nə istəyirəmsə onu da edəcəm deyir.
Ucar Qaz İdarəsinin rəisi Elşən Hüseynova qarşı korrupsiya ittihamı-ŞOK AUDİO


Elman Abışovdan 2500 manat rüşvət istəyən rəis Elşən Hüseynov hər yerdə danışır ki, “rüşvət faktı olan audio səs yazısını prokurora şikayət ərizəsi ilə təqdim etdiniz mənə nə etdilər ki, pulumu verdim sizə qalib gəldim.Axı mən sizə dedim ki, hər şeyin hökümün pul verir, qanunlar pulla işləyir.Gördünüz ki, düz deyirəm mənə heç kəsin gücü çata bilməz.Mənə heç nə etməyəcəklər mən bu işə görə prokurora bir ətək pul verdim xeyrimə qərar çıxarıldı”.

Ucar Qaz İdarəsinin rəisi Elşən Hüseynova qarşı korrupsiya ittihamı-ŞOK AUDİO

Ucar Xidmət Sahəsinin rəisi Elşən Hüseynovun qanunsuz fəaliyyətindən Ucar rayon sakinləri beziblər.Rayonda mavi qazın verilməsində uzun müddətli fasilələr olur.Rayonda qaz tamam zəif yanır, bir çox yerinə isə qaz verilmir.Elşən Hüseynov 3000 metrdən çox ölçüdə qaz borusunu Ucarın sabiq polis rəisi Tahir Quliyevin Bərdə rayon ərazisindəki quşçuluq broylerinə hədiyyə edib. Talançılıqla əldə etdiyi pulla özünə villalar tikdirib, bahalı avtomobillər alıb.Ucarın Qulabənd kəndinə böyük ferması, Ucar rayon ərazisində bir neçə tiicarət obyekti var.Gününü isə istirahətdə kefdə damaqda keçirməklə məşğuldur.Bundan əvvəl Samux rayon Elektirik şəbəkəsinin rəisi vəzifəsində işləyirdiki həmin vəzifədən nöqsanla işdən qovulub.Ucar rayon qaz idarəsinə isə onu keçmiş deputat Elton Məmmədov 50.000 manat alaraq təyin etdirib.Elşən Hüseynovun fəaliyyəti başdan-ayağa korrupsiya cinayətidir ki, bunların üstünü ört-basdır etməkdə ona qardaşı Tahir Hüseynov kömək olur.Elşən Hüseynovun qardaşı Tahir Hüseynov «Azəriqaz» İstehsalat Birliyində məsul vəzifədə işlədiyi üçün ona gözün üstə qaşın var deyən yoxdur.Tahir Hüseynov «Azəriqaz»ın kargüzarlıq şöbəsinin müdiri vəzifəsində təmsil olunur. O, qardaşı Elşən Hüseynovla bağlı ünvanlanan şikayət ərizələrinin obyektiv şəkildə araşdırılmasına mane olur, əlində olan imkanların sayəsində qardaşını sığortalayır. Elşən Hüseynov o dərəcədə azğınlaşıb ki, həttda prezidenti belə saya salmır.Onun işçisindən açıq-aşkar rüşvət tələb etməsi və prezidenti də şantaj etməsi faktının üstünü ört-basdır etmək olmaz ki, bunu pul gücünə Elşən Hüseynov etdirə bilib. Ucarlıların üz qarası olan Hüseynov qardaşlarınınm cinayət əməlləri barədə şikayət ərizələri yazıb audio disklərlə birlikdə Prezident cənab İlham Əliyevə göndərmişik.Biz Ucar rayon sakinləri mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edib xahiş eirik korrupsiyaya qurşanıb dövlətin vəsaitini talan edən, vətəndaşları dələduzluqla aldadan Elşən Hüseynovun və onu himayə edən qardaşı Tahir Hüseynovun əməllərini araşdırıb cinayət məsuliyyətinə cəlb edəsiniz”.
İmza; Ucar rayon sakinləri Əliyev Rasim Sabir oğlu , Səmədov Davud Qara oğlu ,Baxışov Vaqif Soltan oğlu, Hüseynov Rauf Tahir oğlu , Quliyeva Rəna Babaş qızı , Cəlilova Mahirə Şükür qızı, Xasməmmədova Gülzadə Əkbər qızı və digər 167 nəfər

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq və redaksiyamıza göndərilən həmin səs yazısını da təqdim edirik:
Bolgexeber.com

Ucar Qaz İdarəsinin rəisi Elşən Hüseynova qarşı korrupsiya ittihamı-ŞOK AUDİO
Ucar Qaz İdarəsinin rəisi Elşən Hüseynova qarşı korrupsiya ittihamı-ŞOK AUDİO