Səidədən Elnarəyə sərt cavab: Başını yerindən üzərəm!
21-10-2016, 11:16
Oxunub: 4 344
Müğənni Elnarə Xəlilovanın “5/5” verilişində çıxışı zamanı həmkarı Səidə Sultanın müğənnilik karyerasına başlamasında, Vaqif Gərayzadə ilə tanışlığında məhz onun rolu oluduğunu söyləməsi qalmaqala səbəb olub
Oxu.Az xəbər verir ki, S.Sultan “Instagram” hesabında E.Xəlilovanın sözügedən açıqlamasına sərt reaksiya göstərib.
“Bezdim bu mənasız söz-söhbətlərdən! İnan, ay Elnarə, adımın səninlə hallanması üçün ürəyim getmir. Nəzərinə çatdırım ki, danışan, adımı çəkən sənsən. Nə bilim, deyirsən, mənə o vaxt sən yaxınlaşmısan, sən təklif etmisən? Yəqin bilirsən ki, sizin rəhbəriniz Vaqif Gərayzadə olub. Mənə elə gəlir ki, o kişinin razılığı olmadan sən özbaşına hərəkət edə bilməzdin. Nəinki sən, heç biriniz! Bizə gələn, yəqin Röyanın ruhu idi. Gəlin, məntiqlə fikirləşək.
Əgər mən “W-trio”ya gəlirəmsə, qrupun repertuarını öyrənməliydim. İndi o mahnıların sözlərini mənə vermisən deyə, o deməkdir ki, mənim əlimdən tutub səhnəyə gətirmisən? Ya da ki mənə oxumaq öyrətmisən? Nəzərinə çatdırım ki, mən solo karyerama tək başlamışam. 17 yaşım olanda Heydər Əliyev Sarayında məhz bəstəkar Esmiraldanın mənə yazdığı “Gecə yarısı” adlı mahnını oxuyurdum.
Mən sizin üçün yerdən çıxma müğənni deyiləm ki, çıxıb deyəsən ki, “Səidəni səhnəyə mən gətirmişəm”. Nəinki sən, başqası da artıq danışsa, başını yerindən üzərəm! Adımı çəkmə, çəkməyim! Artıq danışma, danışmayım! Hər kəs gedib öz işi ilə məşğul olsun. Bil, nə danışırsan, kimə sataşırsan. Özünü də korifey hesab etmə!”, - deyə Səidə Sultan həmkarı barəsində kəskin ifadələr yazıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər