BolgeXeber.Com » Xəbərlər » Buna "Azərişıq"mı əncam çəkməlidir, yoxsa "Azenerji"? - Başçılıq deyəsən, bir iş yoxdur...

Buna "Azərişıq"mı əncam çəkməlidir, yoxsa "Azenerji"? - Başçılıq deyəsən, bir iş yoxdur...

22-10-2016, 11:01
Oxunub: 2 972 Buna "Azərişıq"mı əncam çəkməlidir, yoxsa "Azenerji"? - Başçılıq deyəsən, bir iş yoxdur...Neftçala rayonu Aşağıqaramanlı,1-ci Qaralı,Qədimkənd,Kürqarabucaq kəndlərində yaşayan sakinlər elektrik xətlərinin bərbad olmasından şikayətlənirlər

Həmin kəndlərə bizdə baş çəkəsi olduq.

Bu kəndlərdə elektrik dirəkləri yolun hərəkət zolağına çox yaxındır, üstəlik xətlər alçaqdan keçir. Hətta elə yerlər var ki, əlini qaldırsan elektrik xəttinə toxunmaq olar.Şikayətçilər deyirlər ki, bu elektrik xətləri həyat üçün təhlükəli yerlərdir.

Dəfələrlə yazılı və şifahi müraciət etmişik.Neftçala rayon işıq idarəsinin müdürü Vurğun Şirəliyev və işiq idarəsinin işçiləri fikirləşmirlər ki, buradan keçən cərəyan insanları məhv edə bilər».

Şikayətçilər bildirlər ki, işıq idarəsinin işçiləri vaxt tamam olan kimi dərhal başlarının üstünü kəsib pul tələb edirlər.Ancaq şikayətləri qulaqardına vururlar.Deyirlər enerji işlətmisən pulu ver, pulu almamış getmirlər.On manata görə işığı kəsirlər.Ancaq neçə vaxtdır tələb edirik ki, bu xətlərin vəziyyəti ilə məşğul olun, can çəkirlər. Hər gün uşaqlarımız buradan keçib dərsə və digər yerlərə gedirlər. Ürəyimiz onlarda qalır, görək necə oldular? Küləkli havada ordan keçməyə qorxuruq ki, xətt qırılıb üstümüzə düşəcək. Dəfələrlə xətt qırılıb yola düşüb. Gərək kimsə ölə. Ölən olmasa, baxmayacaqlar».

Kənd sakinləri deyirlər ki, mövcud problemlərlə bağlı rayon rəhbərliyinə şikayət etsələrdə heç bir nəticəsi olmur.Heç bir külək, tufan, qəza olmadan Neftçala rayonunda kimin kefi nə vaxt istəyir, işıqları söndürür.

Nia.az xəbər verir ki,Neftçala rayon icra başçısı İsmayıl Vəliyev Referendum qabağı Neftçala rayon elektrik şəbəkəsinin müdürü Vurğun Şirəliyevə işiğın sönməməsini bildirsədə, Vurğun Şirəliyev sözü qulaq ardına vuraraq işiğı fasilə ilə vermişdir.Neftçala rayon sakinləri bildirirlər ki, Vurğun Şirəliyevin Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi saymamasının səbəbini qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi Şirəliyev İsgəndərə arxain olmasında görürlər.Vurğun Şirəliyev Belasuvar rayonunda İşiq idarəsinin müdürü işləyəndə ordan qovulmasına baxmayaraq qardaşı İsgəndər Şirəliyevin sahəsində yenidən Neftçala rayonunun işiq idarəsinin müdürü təyin olunub.Mətbuatda Kompleks Qazma İşləri Trestinin rəisi Şirəliyev İsgəndər barəsində Gülənciləri maliyyələşdirməsi barəsində yazılar gedir.Nia.az olaraq Fətullah Gülənə köçürülən pullar barəsində araşdırmamız davam edir gələn yazımızda fakatlarla bunu subut etməyə çalışacağıq.

Sonda bildirmək istəyirik ki, dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan regionlarda elektrik xətlərinin yenilənməsi üçün pul ayrılır, ancaq həmin pullarla elektrik xətlərini yeniləmək əvəzinə kor təbi təmir edilir.Həmin pulları isə yəqin ki,Vurğun Şirəliyev çöl sahəsinə və heyvanlarını artırmağa sərf edir.
Buna "Azərişıq"mı əncam çəkməlidir, yoxsa "Azenerji"? - Başçılıq deyəsən, bir iş yoxdur...
Buna "Azərişıq"mı əncam çəkməlidir, yoxsa "Azenerji"? - Başçılıq deyəsən, bir iş yoxdur...