BolgeXeber.Com » Müsahibə-Reportaj » Qalmaqallı müğənni Çovdarovdan danışdı: “Aşıq Telli, Mətanət İsgəndərli…”

Qalmaqallı müğənni Çovdarovdan danışdı: “Aşıq Telli, Mətanət İsgəndərli…”

22-10-2016, 14:43
Oxunub: 3 837 Qalmaqallı müğənni Çovdarovdan danışdı: “Aşıq Telli, Mətanət İsgəndərli…”"Yoldaşım özünə görə mədəni, imkanlı adamdır”

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) Lent.az-a müsahibə verib. Həmin müsahibədə general Akif Çovdarovla bağlı sualı da cavablandırıb.
Müğənni jurnalistin “hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıldığınız və təhdid edildiyiniz deyildi. Həyat yoldaşınızın adı da bu mövzuda çox çəkildi. Bu, nə qədər doğrudur?” sualına cavabı:
“Bunlar hamısı şayiələrdir. Həmin söz-söhbətlər Aşıq Telli, əməkdar artist Mətanət İsgəndərli barədə də danışıldı. Nə oldu?! Boş şeylərdir. Sadəcə birinin ağzından bir söz eşidib yazırlar. Heç həyat yoldaşımın da bu məsələyə heç bir aidiyyəti yoxdur. Yoldaşım özünə görə mədəni, imkanlı adamdır”.