BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans

Bərdədə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans

22-10-2016, 15:07
Oxunub: 14 564 Bərdədə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans Bərdə rayon Heydər Əliyev Mərkəzində “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusuna həsr olunmuş növbəti konfrans baş tutub

Konfrans öncəsi qonaqlar ilk öncə ulu öndərin həyat və fəaliyyətlərini özündə əks etdirən stendlərlə tanış olublar və onlara ulu öndərin qədim Bərdəyə olan tarixi səfərlərindən və bu rayona olan qayğılarından geniş şəkildə məlumat verilib. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bərdə Rayon İcra Hakimiyyəti, Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsi və Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin, Bərdə Rayon İcra Hakimiyyətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin və hüquq-mühafizə orqanlarının, həmçinin Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşlarıda yaxından iştirak etdi.

Konfransda çıxış edən DTX-nın Bərdə şöbəsinin rəisi Məzahir Xəlilov dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları və indiki durumlar barədə geniş məlumat verdi. İştirakçıları bu baxımdan cəmiyyət arasındada fəal olmağa çağırdı. Çıxış edənlərdən Bərdə Dövlət Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov gənclərlə bu barədə maarifləndirici işlərin dahada geniş aparılmasından bəhs etdi. Geniş müzakirə və diskussiya əsasında aparılan konfransda gələcəkdə dahada mütəmadi tədbirlərin həyata keçiriləcəyi nəzərə çatdırıldı.
Bolgexeber.com