BolgeXeber.Com » İqtisadiyyat » “Banklar insanlara zülm edir”-MİLLƏT VƏKİLİ

“Banklar insanlara zülm edir”-MİLLƏT VƏKİLİ

22-10-2016, 17:44
Oxunub: 3 074 “Banklar insanlara zülm edir”-MİLLƏT VƏKİLİOktyabrın 21-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Gununsesi.info-nun iclasda iştirak edən əməkdaşının verdiyi məlumata görə, iclasda “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə (ikinci oxunuşda) çıxarılıb. Komitənin üzvü Əli Məsimli bildirib ki, bankların sağlanlaşdırılması istiqamətində işlər sürətləndirilməlidir: “Əks halda bu sahədə islahatların həyata keçirilməsində ciddi problemlər yarana bilər. Bundan başqa problemli kreditlərlə bağlı məsələ tezliklə həll olunmalıdır. Məhz problemli kreditlərin qaytarılması ilə bağlı hökumətə təkliflər paketi təqdim olunub. Lakin təkliflər paketinin üzərindən 6 ay keçməsinə baxmayaraq hələ də bundan bir xəbər yoxdur”.
“Banklar insanlara zülm edir”-MİLLƏT VƏKİLİ

Onun sözlərinə görə, yalnız Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası təkliflə bağlı rəy verib: “Qurumun verdiyi rəy isə bizi qane etmir. Bunu bizə qarşı sayğısızlıq kimi dəyərləndirmək olar. Bu gün bankların vətəndaşlara göstərdiyi xidməti insanlığı yaraşmır. Bir sözlə banklar insanlara zülm edir”.