BolgeXeber.Com » Müsahibə-Reportaj » Evli kişidən hamilə qalan Şəbnəm Tovuzlu:"Onun ikinci arvadı olduğumu ailəsi də bilir" -FOTO

Evli kişidən hamilə qalan Şəbnəm Tovuzlu:"Onun ikinci arvadı olduğumu ailəsi də bilir" -FOTO

22-10-2016, 17:59
Oxunub: 5 721 Evli kişidən hamilə qalan Şəbnəm Tovuzlu:"Onun ikinci arvadı olduğumu ailəsi də bilir" -FOTO"Arvadı da bilir ki, hamiləyəm, normal qəbul edir"

"Onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm". Bu sözləri müğənni Şəbnəm Tovuzlu lent.az-a müsahibəsində söyləyib.

İfaçı bildirib ki, hazırda hamilə olduğu uşağının atası ilə qeyri-rəsmi nikahda yaşayır.

- Sevdiyiniz şəxsdən övlad dünyaya gətirməyə hazırlaşırsınız...

- Bəli, ikinci dəfə ana olacam, bu da məni çox sevindirir. Elə övladıma görə bir çox şeylərə əhəmiyyət vermirəm. Qızımın 13 yaşı var. On üç ildən sonra oğul övladım dünyaya gələcək. Artıq adını da düşünmüşük. Oğluma atamın adını - Ələddin - qoyacağıq.

- Həyat yoldaşınız birinci ailəsindən rəsmən boşanıb, sizinlə ailə qurub?

- Yox, onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm. Birinci ailəsindən boşanmayıb. İki uşağı da var. Mən bunu normal qarşılayıram. Sadəcə, molla nikahında ailəliyik. Bu evlilikdən uşağımız olacaq. Bunu onun ailəsi də bilir. Münasibətlərimiz yaxşıdır. Qayınatam, qayınanam, qayınlarım, baldızım da bizə gəlib-gedir. Hətta onun övladları ilə də münasibətim yaxşıdır. Ümumiyyətlə, kişi odur ki, hər iki ailəsinə gözəl baxa bilir. Təki bütün kişilər mənim yoldaşım kimi dürüst və mehriban olsun. Bizə toxunanlar isə gec-tez öz cəzalarını alarlar.