BolgeXeber.Com » İdman » “Bavariya”nın yarımmüdafiəçisi Avropanın ən yaxşı gənc futbolçusu seçilib

“Bavariya”nın yarımmüdafiəçisi Avropanın ən yaxşı gənc futbolçusu seçilib

24-10-2016, 10:16
Oxunub: 2 960 “Bavariya”nın yarımmüdafiəçisi Avropanın ən yaxşı gənc futbolçusu seçilib“Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb

APA-nın məlumatına görə, bu barədə İtaliyanın “Tuttosport” qəzeti xəbər verib.

2003-cü ildə “Tuttosport” tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı hər il yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir.

Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş “Golden Boy” mükafatına layiq görülən ilk portuqaliyalı futbolçudur.

Qeyd edək ki, R.Sançeş Portuqaliya yığmasının heyətində AVRO-2016-nın qalibi olub. Mayda “Benfika”dan “Bavariya”ya 35 milyon avroya keçən gənc futbolçu Münhen klubu ilə 5 illik müqavilə imzalayıb.