BolgeXeber.Com » Ölkə » Laçın RİH-nin başçısı müavin "ovuna" çıxıb - TƏFƏRRÜAT

Laçın RİH-nin başçısı müavin "ovuna" çıxıb - TƏFƏRRÜAT

24-10-2016, 17:43
Oxunub: 2 582  Laçın RİH-nin başçısı müavin "ovuna" çıxıb - TƏFƏRRÜATTəsərrüfat sahiblərindən əlini üzən Aqil Nəzərli daha sonra Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan laçınlılarla görüşlər keçirib

Respublika Prezidenti İlham Əliyev cənabları ötən ay televiziyada etdiyi çıxışlarının birində RİH başçılarını rayonlarından, hətta ölkədən kənara çıxaraq rayonlarına sərmayədar tapmağa səslədi. Sonradan PA-nın Regional İdarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəlıyev də Respublika Prezidentinin bu çağırışını doğrulda bilən RİH başçıları ilə digərlərinin gələcəkdə fərqləndiriləcəyini vurğuladı.

Bu çağırışlardan bir aya yaxın zaman ötsə də, hələ ki, heç bir RİH başçısı bu istiqamətdə addım atmayıb. Lakin deyəsən, Laçın RİH-nin başçısı Aqil Nəzərli həmkarlarından fərqlənmək sevdasına düşüb.

Qlobal.az-a verilən məlumata görə, Aqil Nəzərli Respublika Prezidentinin çağırışını ya tam anlamayıb, ya da ki, özünə sərf edən qədər anlayıb. Əgər belə olmasaydı Aqil Nəzərli əslən Laçın rayonundan olan iş adamlarını vəzifə verəcəyi adı ilə rayona dəvət etməzdi. Məlumata görə, başçı təyin olunduqdan sonra respublikanın müəyyən rayonlarına gedərək laçınlı köçkünlərlə görüşlər keçirən RİH başçısı, sən demə, imkanlı adamların axtarışındaymış. Xüsusən də heyvandarlıqla məşğul olan laçınlılara bol torpaq vəd verərək "Laçın Obaları"na qayıtmağı təklif edirmiş. Ancaq başçının bu təklifinin altında bir "məna" yatdığını duyan laçınlı fermerlər başçının istəyini geri çevirib.

Təsərrüfat sahiblərindən əlini üzən Aqil Nəzərli daha sonra Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan laçınlılarla görüşlər keçirib. Onlara istədikləri vəzifə müqabilində rayonun abadlaşmağı istiqamətinə kömək etməyi xahiş edib. Əldə etdiyimiz məlumata görə, başçının bu təklifinə yalnız bir nəfər- əslən Laçın rayonundan olan, Bakı şəhərində biznes fəaliyyəti göstərən Qaçay adlı şəxs razılaşıb. İlkin mərhələdə (sosial məsələlər üzrə) müavin vəzifəsinə razılıq əldə olunsa da sonradan Aqil Nəzərli bu vəzifənin bir il sonra reallaşacağını, indilikdə isə məsləhətçi vəzifəsi təklif edib. Bu təkliflə isə iş adamı razılaşmayıb.

Son məlumatlara görə, Aqil Nəzərlinin bu istiqamətdə axtarışları davam edir.