BolgeXeber.Com » Dünya » Lezbiyanlar dini toy etdilər

Lezbiyanlar dini toy etdilər

14-08-2012, 16:35
Oxunub: 30 344 Keçən şənbə günü Tayvanda ilk dəfə eynicinsli buddist cütlük üçün toy mərasimi keçirilib.

Hər ikisi 30 yaşında olan Yu Yatinq və Fiş Huanq monastrda Budda heykəlinin qarşısında evlənib.

İki qadının nikah mərasimində iştirak edənlər arasında buddist rahibələr olsa da, cütlüyün valideynləri toy mərasimində iştirak etməyib.

Qadınların hər ikisi ağ gəlin donu geyinib və ənənəvi toy mərasimində olduğu kimi nigah andı içərək, bir-birinin barmağına üzük taxıblar.