BolgeXeber.Com » Şou-Biznes » “Space”dəki süjetə fikir bildirənlər Mikayıl səviyyəsində adamlardır”

“Space”dəki süjetə fikir bildirənlər Mikayıl səviyyəsində adamlardır”

24-10-2016, 19:01
Oxunub: 3 723 “Space”dəki süjetə fikir bildirənlər Mikayıl səviyyəsində adamlardır”Şair Aqşin Yenisey deyib ki, bu mənim münasibət bildirəcəyim mövzu deyil: “İki dənə arvaddı da, atılıb-düşür orda”

“Space” telekanalının efirində yayımlanan “Bu maraqlıdır” verilişində toy səhnəciyi qurulması, aparıcının tamaşaçılarla birlikdə ayaqyalın rəqs etməsi sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. Bundan sonra Televiziya və Radio Şurası (MTRŞ) “Space” telekanalında yayımlanan “Bu maraqlıdır” verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında deyib ki, “Bu maraqlıdır” verilişində hər hansı qanun pozuntusu olmasa da, verilişdə baş verənlər efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini göstərir: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.

Moderator.az məsələ ilə bağlı yazıçı və şairlərin da mövqeyini öyrənməyə çalışıb.

Şair Aqşin Yenisey deyib ki, bu mənim münasibət bildirəcəyim mövzu deyil: “İki dənə arvaddı da, atılıb-düşür orda”.

Şair Şəhriyar del Gerani bildirib ki, yerli televiziyalara baxmır, buna görə də hər hansı münasibət bildirə bilməz: “Bu səhnə ilə-düşüklüklə bağlı hamının fikri eyni olar da yəqin”.

Yazıçı Seymur Baycan isə deyib ki, o bu mövzulardan, ümumiyyətlə Azərbaycandan uzaqdadır, buna görə hansısa fikir bildirməyi düzgün olmaz.

Yazıçı Ömər Xəyyam bildirib ki, bu məsələ ilə bağlı fikir bildirən adamlar süjetdəki adamlarla eyni səviyyədədir: “Bu adamlar Mikayılın səviyyəsində olan adamlardır”.