BolgeXeber.Com » Gündəm » "Lal İcra Başçıları” 1-ci hissə-Şahin Məmmədov

"Lal İcra Başçıları” 1-ci hissə-Şahin Məmmədov

26-10-2016, 14:08
Oxunub: 3 821 "Lal İcra Başçıları” 1-ci hissə-Şahin MəmmədovDövlət büdcəsindən ayrılan milyonları səssiz-səmirsiz mənimsəyən vəzifəli şəxslərdən biri də Şahin Məmmədovdur

Araşdırma zamanı şokedici faktlar ortaya çıxdı. Hamısını olmasa belə, kiçik bir qismi haqda yazmağa qərar verdim. Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədov rayon sakinləri tərəfindən xüsusi ayama ilə təltif olunub. Sakinlər öz aralarında ona “Metallom Şahin” deyirlər.
Bolgexeber.com bildirir ki,bunun səbəbi isə, icra başçısının geridə qoyduğumuz illərdə məşğul olduğu irimiqyaslı çuqun satışıdır. Şahin Məmmədov həmin illərdə Qarqar çayından rayonun mərkəzinə axan suyun borularını çıxarmağı əmr vermişdi. Araşdırmaya görə, uzunluğu 18 km olan borunun böyük bir hissəsi satılmışdı. Yalnız kiçik hissəsi qalmışdı ki, onları çıxarıb sata bilməmişdi. Həmin az hissəni sata bilməməsinin nədəni isə rayon sakinləri olmuşdu. Kimlərdəsə sual yarana bilər.İcra başçısı niyə boru alverinə girişib? Məgər rayonda qazanmağa başqa gəlirli sahə yoxdur? Təbii ki, hər bir rayona olduğu kimi, Ağcabədiyə də dövlət büdcəsindən hər il milyonlarla pul ayrılır. Ancaq boru məsələsini unutmaq, ya da fikir verməmək mümkün olmayan bir şeydir.
Belə ki, 18 km-lik borunun 15 km-ə qədəri çuqundan ibarətdir. Kiçik hesablama aparsaq, bu borulardan 2002.5 ton çuqun əldə olunur. 1 ton çuqunun ən aşağı qiyməti isə, təxminən 165 dollardır. Daha geniş hesablama aparanda, fantastik məbləğ ortaya çıxır.
İnsafla danışmaq lazımdır ki, Şahin Məmmədov bu pulu “qazanmaq” üçün xeyli çətin periodlardan keçməli olub. Bu barədə də məlumat toplamaq mümkün oldu.
Əksər çətinliklərdən “üzüağ” çıxan icra başçısının qarşısındakı əngəllərdən biri rayondan deputat seçilən Tahir Rzayevin qardaşı Fəxrəddin Rzayev olub. İcra başçısı deputatın qardaşının ərazisinə düşən çuqun boruları çıxartmaq üçün ona 1500 dollar ödəməli olub. Yalnız bu addımdan sonra Məmmədov istəyinə çatıb.
Ancaq elə ailələr olub ki, ümumiyyətlə, həyətinin qazılmasına izn verməyib. Çünki icra başçısı həyətini xarabaya döndərəcəyi evin sahibinə pul təklif etməyib. Üstəlik, evinə də ziyan dəyəcəyi təqdirdə heç bir maddi yardım etməmək eşqinə düşüb. Bunu da vaxtında duyan şəxslər Şahin Məmmədovun adamlarını əliboş yola salmağa məcbur olublar. Kimsəsiz, arxasız olanlar isə səslərini çıxarmayıblar. Bəzi şəxslərə böyük məbləğdə ziyan dəyib. Ancaq bircə manat belə, ödənilməyib.
İcra başçısı işlərini elə planlayır ki, “qalib” gələ bilmədiyi şəxslərlə problem yaşamasın. Rayonda böyük ajotaj yaranmasın.
Şahin Məmmədov bununla yetinməyərək, rayon mərkəzindəki 160 metrlik alüminium hasarlara da qənim kəsilmişdi.
Araşdırmamız davam edir...

Vurğulanan faktlarla əlaqədar qarşı tərəfi də dinləməyə hazırıq.



Bolgexeber.com