loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Vüsal Novruzov dövlətə qulluq edir, yoxsa özünə?!

Vüsal Novruzov dövlətə qulluq edir, yoxsa özünə?!Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov da mətbuatın tez-tez diqqətini çəkən məmurlardandır

Bolgexeber.com bildirir ki,idarə rəisinin adı bir çox qalmaqallı məsələlərdə çəkilir.Keçən il cənab Novruzovun postundan kənarlaşdırılacağı ilə bağlı xəbərlər yayılmasına baxmayaraq, o, hələ də vəzifəsini davam etdirir.
Apardığım araşdırmalar zamanı məlum oldu ki, sözügedən məmurun tez-tez tənqid hədəfinə tuş gəlməsi səbəbsiz deyil. Belə ki, o, Bakı Baş Gömrük İdarəsinin rəisi kimi üzərinə düşən işləri lazımi səviyyədə yerinə yetirə bilmir, üstəlik səlahiyyətinə daxil olmayan məsələlərə qarışır. Buna görə də mətbuat vasitələrinin tənqidinə tuş gəlir. Xatırladaq ki, bir müddət öncə Astara Gömrük Keçid Məntəqəsindən keçən yüklərə görə tələb olunan rüsumların artırılması xəbəri yayılmışdı. Bu barədə məlumat verən sahibkarların bildirdiyinə görə, "rüsum"lar iki dəfə bahalaşdırılmışdı: "Gömrük Məntəqəsinin rəsmiləri isə deyiblər ki, belə bir vəziyyətin yaranmasının səbəbkarı Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdur. Sahibkarlar bildirirdilər ki, əgər keçən il onlar xaricdən gətirdikləri yükə görə hər maşına az "rüsum" verirdilərsə, hazırda bu rəqəm qaldırılıb".
Vüsal Novruzov dövlətdən çox özü üçün işləyir desək, heç də yanılmarıq.
İdarə rəisi elə səmərəli sistem qurub ki, əldə etdiyi “çirkli pullar”la şəxsi biznes fəaliyyətini də genişləndirə bilir. Ortaya çıxan faktlara görə, mərmər biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş "Aqroazerinvest" şirkəti, habelə daha bir neçə iri biznes sahələri onun ixtiyarındadır.
Bundan başqa, hazırda ölkəyə gətirilən mal və məhsulların böyük bir qismi ayrı-ayrı şirkətlərin hesabına sənədləşdirilir. Bunun həyata keçirilməsi isə onunla bağlıdır ki, həm külli miqdarda vəsait büdcədən yayındırılır, həm də böyük məbləğdə "şirinlik" almaq üçün imkan yaradılır. Əgər sahibkar Rusiya və ya Ukraynadan məhsul gətirirsə, onun ölkəyə keçirilməsi əngələ çevrilir. Bu zaman Bakı Baş Gömrük İdarəsində həmin sahibkara təklif olunur ki, dövlət rüsumundan əlavə ödəniş etsin. Həmin məbləği ödəməyə gücü çatmayan sahibkar da əlavə çıxış yolları axtarır. Bu zaman birbaşa "Aqroazerinvest" şirkətinə istiqamətləndirilirlər. Şirkət Bakı Baş Gömrük İdarəsində bu kimi işləri həyata keçirir. Xaricdən mal gətirənlər şirkətə üz tutur və üzləşdikləri problemləri bəzi maraqların təmin edilməsi müqabilində yoluna qoyurlar.
Vüsal Novruzovun sement satışına əl qoyduğu da bir çox mənbələrdə vurğulanır.
Dəbdəbə düşkünü olan idarə rəisinin Novxanıda yerləşən iki bağ evinin dəyəri milyonlarla ölçülür. Təbii ki bu bağ evlərinin həyətini bəzəyən maşınların qiyməti də 1 milyon manatdan çoxdur.
Ölkədəki bizneslə yanaşı, Vüsal Novruzovun tez-tez Tiflisə səfər etməsinin səbəbini də tapdıq. Bu səfərlərin əsas məqsədi, Gürcüstanda fəaliyyət göstərən iri ticarət obyektləridir.

Mövzu ilə bağlı araşdırmamız davam edir...

Qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.


Bolgexeber.com
Bölmə: Gündəm | 08 dekabr 2016 12:34 | Baxış sayı: 12132





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: